Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycanda böyük populyarlığa malik idman növlərindən olan gimnastika ölkəmizdə sürətlə inkişaf edir. Bu idman növünə maraq göstərən, onunla məşğul olan kifayət qədər idmançılarımız, gənclərimiz var.
Bu il də ənənəvi olaraq Azərbaycanda gimnastikanın müxtəlif növləri üzrə beynəlxalq yarışlar təşkil olunacaq. Müxtəlif ölkələrin gimnastları Azərbaycana gələrək Milli Gimnastika Arenasında öz məharətlərini göstərəcəklər.
Bu yarışlar ölkəmizin daha da tanınmasına vəsilə olduğu kimi, gimnastikanın da Azərbaycanda sevilməsinə, gənclərin idmana, gimnastikaya cəlb olunmasına şərait yaradır.

Budəfəki mövzumuz da məhz gimnastikanın ölkəmizdə inkişafı, 2023-cü ildə Azərbaycanda təşkil olunacaq ginastika yarışları ilə bağlı oldu. Mövzu ilə əlaqədar daha dəqiq və dolğun məlumatlar almaq üçün Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə ilə söhbətləşdik.
N.Məmmədzadə bildirdi ki, artıq bu aydan etibarən AGF-nin təşkilatçılığı ilə ölkəmizdə batut, bədii gimnastika və idman gimnastikası üzrə beynəlxalq yarışlar keçiriləcək: "2023-cü ildə Azərbaycan Gimnastika Federasiyası beynəlxalq yarışlara ənənəvi olaraq fevral ayından start verəcək. Belə ki, batut gimnastikası üzrə Dünya kuboku yarışları 18 və 19 fevral tarixərində keçiriləcək. Kişi və qadın gimnastkası üzrə Dünya kuboku yarışları 9-12 martda, bədii gimnastika üzrə Dünya kuboku yarışları isə 21-23 apreldə olacaq. Bədii gimnastika üzrə Dünya kubokundan öncə 14-16 aprel tarixlərində Bakıda bu növ üzrə həm gənclər, həm də böyüklər arasında beynəlxalq yarış təşkil olunacaq”.

N.Məmmədzadənin sözlərinə görə, batut gimnastikası üzrə yarışlarda 16, idman gimnastikası və bədii gimnastika üzrə yarışlarda isə 40-dan çox ölkə təmsil olunacaq: "Batut gimnastikası üzrə yarışlarda 90-a yaxın idmançı iştirak edəcək. Onlar 16 ölkəni təmsil edəcəklər. İndiyədək olan qeydiyyat siyahısına əsasən, mart və apreldə keçiriləcək idman gimnastikası və bədii gimnastika üzrə yarışların hər birinə 40-dan artıq ölkənin qatılacağı gözlənilir. Hələ son qeydiyyat yarışlara 1 ay qalmış məlum olacaq".
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan gimnastları həm Azərbaycanda, həm də ölkə xaricində keçiriləcək əhəmiyyətli yarışlara ciddi hazırlaşırlar: "Gimnastlarımız həm ölkəmizdə keçirilən beynəlxalq yarışlara, həm də ölkəmizin hüdudlarından kənarda təşkil olunan beynəlxalq yarışlara hazırlaşırlar. Ümumiyyətlə, buraya həm Avropa, həm də dünya çempionatları aiddir. Onu da qeyd edim ki, 2023-cü ildə keçiriləcək dünya çempionatları gimnastikanın Olimpiya növləri üzrə Paris-2024 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Bu yarışlar bizim idmançılarımız üçün çox əhəmiyyətlidir. Onlar artıq öz hazırlıqlarına başlayıblar və böyük səylə məşq edirlər".

N.Məmmədzadə deyir ki, Azərbaycanda benyəlxalq yarışların keçirilməsi, məşhur gimnastların Bakıya gəlməsi gənclərdə və uşaqlarda gimnastikaya olan marağı daha da artırır: "Ölkəmizdə keçirilən beynəlxalq yarışlar təbii ki, təbliğat baxımından böyük əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda yetişən gənc nəsil gimnastlar dünya ulduzu olan idmançıların çıxışlarını doğma divarlar arasında görəndə öz məşqlərinə daha ciddi yanaşırlar. Belə yarışlar gənclərin idmançı karyeraları üçün qarşıya qoyduqları məqsədlərin formalaşmasına kömək edir. Məhz elə bu baxımdan yarışlar vacibdir. Təbii ki, ölkəmizdə beynəlxalq yarışların təşkili hələ gimnastika ilə məşğul olmayan balaca uşaqların gimnastikaya cəlb olunmasına kömək edir. Buna görə də biz istəyirik ki, artıq bölgələrimizdə də gimnastika növləri üzrə beynəlxalq yarışlar təşkil olunsun. Bilirsiniz ki, hazırda 29 bölgədə gimnastika bölmələri fəaliyyət göstərir. Biz istəyirik ki, 2023-cü ildən etibarən beynəlxalq yarışların bölgələrdə keçirilməsinə başlayaq. Artıq bunlar planlaşdırılır. Dəqiqləşdikdən sonra isə bu haqda ətraflı məlumat veriləcək".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?