Medianın İnkişafı Agentliyinin layihəsi
İkinci hissə
(Birinci hissə burada)
Ölkəmiz üçün ənənəvi olmayan, lakin son vaxtlarda aktuallaşmağa başlayan idman növlərindən biri də qadın futboludur.
Kişi futbolunfa olduğu kimi, qadın futbolunda uğursuz nəticə çoxdur. Qadın futbolçulardan ibarət Azərbaycan millisinin keçirdiyi oyunların əksəriyyətində məğlubiyyət qeydə alınıb. Lakin qadın futbolu ölkəmizdə yeni olduğunda nəticələr də başadüşüləndir. Buna baxmayaraq, qadınlardan ibarət futbol komandaları üçün mütəlif liqalar yaradılıb. Az da olsa, Azərbaycanda qadın futboluna maraq var.
Ona görə də bugünkü mövzumuz məhz qadın futbolu ilə bağlı oldu. Mövzu ilə əlaqədar AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Əminə Həsənova ilə söhbətləşdik.
Hazırda qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi bir kişi - Siyasət Əsgərovdur. Bəs, görəsən, bu, nə ilə bağlıdır? Qadın futbolunda peşəkar qadın mütəxəssislərimiz yoxdur? Əminə Həsənova sualımızı cavablayarkən peşəkar qadın mütəxəssislərimizin olduğunu bildirib: “Təbii ki, var. Elə onlar indi də yetişmək üzrədirlər. Onlardan Nərgiz Qurbanovanı qeyd etmək istəyərəm. O, U-17 millimizin baş məşqçisidir. Bunu da qeyd edim ki, aprel ayından etibarən qadınlar üçün kateqoriyalı məşqçilik kurslarının keçirilməsi planlaşdırılır”.

Əminə Həsənova qeyd edib ki, məşqçilər üçün qadın futbolunda işləməklə kişi futbolunda işləmək arasında fərq var: “Məncə, elə qadın futbolu, kişi futbolu dedikdə artıq cavabı söyləyirik (gülür). Qadın futbolunda çalışmaqla kişi futbolunda işləməyin fərqli olduğunu düşünürəm”.
Həmsöhbətimiz qadın futbolçularımızın legioner həyatı yaşamasına, xarici klublardan təklif almasına da toxunub. O vurğulayıb ki, millimizin üzvlərinin əsasən Türkiyə klublarında çıxış etməsinin səbəbi onlara məhz bu ölkədən maraq olmasıdır: “Hələ ki, təkliflər Türkiyədən olduğu üçün qızlarımız bu təklifləri dəyərləndirib karyeralarını orada davam etdirirlər. Ümid edirəm ki, gələcəkdə daha da gözəl təklifləri əldə edərlər. Onların hər birinə uğurlar arzu edirəm”.
Ə. Həsənova qadın futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərinin əksəriyyətinin legioner həyatı yaşadığını deyib: “Əslində bizim A millimizin üzvlərinin 90 faizi legioner həyatı yaşayır”.
Kişilərdən ibarət milli komandamızda xeyli sayda milliləşdirilmiş futbolçu var. Bəs, gələcəkdə qadınlardan ibarət millimizdə də bu cür bir addımın atılması gözlənilirmi? Əminə Həsənova belə gedişlərdən bütün dünya futbolunda istifadə edildiyini söyləyib: “Bu, dünya praktikasında görülmüş bir haldır. Bütün milli komandalar belə variantlardan istifadə edirlər”.
Ə.Həsənova söhbət əsnasında futbolumuzdakı azarkeş probleminə də toxunub. O, matçlara daha çox azarkeşin gəlməsini arzuladığını bildirib: “Bu, necə ki, kişi futbolundan problemə çevrilibsə, qadın futbolunda da problemdir. Ümid edirəm ki, yaxın gələcəkdə istər qadın çempionatlarında, istərsə də kişi liqalarında bu problemlər geridə qalacaq”.
Məlum məsələdir ki, qızlarımızın üzərində bir xanım, ana, həyat yoldaşı kimi daha çox məsuliyyət olur. Bəzən futbol onların şəxsi həyatına, bəzən də şəxsi həyatları karyeralarına problem yarada bilər. Ə.Həsənova isə qeyd edib ki, millimizin üzvləri də belə vəziyyətlərlə rastlaşırlar, lakin onlar həmin durumdan çıxa bilirlər: “Təbii ki, belə hallar olur. Hazırda da bizim milli komandamızda oynayan futbolçular var ki, həm anadır, həm də futbolçu. Onlar karyeralarını uğurla davam etdirirlər. Bəzən bu, qadın futbolçuların fiziki durumlarına, bərpa proseslərinə mane olur. Lakin peşəkar məşqçilərin sayesinde bu problem aradan qaldırılır”.

Ə.Həsənova Azərbaycanda qadın futbolunu inkişafı, gələcəyi üçün qarşıya bir çox məqsədlər qoyulduğunu deyib: “Əlbəttə ki, məqsədlərimiz böyükdür. Azərbaycanın qadın futbolunun dünyada nəyə qadir olduğunu sübut etmək istəyirik. Bunun üçün də AFFA tərəfindən lazımi tədbirlər görülür. Yaxın gələcəkdə siz buna şahidlik edəcəksiniz”.
Əminə Həsənova sonda futbolla, idmanla məşğul olmaq istəyən yeniyetmə, gənc qızlara səslənib: “Onlara özümü nümunə göstərərdim (gülür). 12-13 yaşlarımdan futbolla məşğul olmuşam və müxtəlif yaş qruplarından ibarət milli komandalarda kapitan kimi çıxış etmişəm. Daha sonra milli komandalarda məşqçi kimi fəaliyyət göstərmişəm. Hazırda isə qadın futbolu departamentinin rəhbəriyəm. Sizin vasitəniz ilə buradan qızlara səslənmək istərdim: mən bacardım, siz də bacararsınız".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu
Toral zəif oyununa görə əvəzləndi - İlk hissədə
“Qara dəniz” coşdu, Salah şou göstərdi - Video
Rafinyadan het-trik
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı