Medianın İnkişafı Agentliyinin layihəsi
Birinci hissə
Ölkəmiz üçün ənənəvi olmayan, lakin son vaxtlarda aktuallaşmağa başlayan idman növlərindən biri də qadın futboludur.
Kişi futbolunfa olduğu kimi, qadın futbolunda uğursuz nəticə çoxdur. Qadın futbolçulardan ibarət Azərbaycan millisinin keçirdiyi oyunların əksəriyyətində məğlubiyyət qeydə alınıb. Lakin qadın futbolu ölkəmizdə yeni olduğunda nəticələr də başadüşüləndir. Buna baxmayaraq, qadınlardan ibarət futbol komandaları üçün mütəlif liqalar yaradılıb. Az da olsa, Azərbaycanda qadın futboluna maraq var.
Ona görə də bugünkü mövzumuz məhz qadın futbolu ilə bağlı oldu. Mövzu ilə əlaqədar AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Əminə Həsənova ilə söhbətləşdik.
- Əminə xanım, necə oldu ki, futbol sahəsində işləməyi qərara aldınız?
- Təbii ki, futbola marağım var. Elə bunun sayəsində milli komandalarda kapitan kimi çıxış etmişəm.
- O halda sizinlə mövzumuz üzərində geniş söhbət edə biləcəyik. Sizcə, ümumilikdə ölkəmizdə qadın futboluna maraq hansı səviyyədədir?
- Əslində maraq səviyyəsi pis deyil. Əvvəllər qızları futbola cəlb etmək çox çətin idi. Sevindirici haldır ki, artıq bu gün biz o çətinliklərlə çox da rastlaşmırıq.

- Kişilərdən ibarət milli komandamızın elə də qənaətbəxş nəticələr qazanmır, eyni nəticələr qadın futbolunda da var.
- İstər kişi, istər qadın yığması - təbii ki, hər bir milli komanda bizim üçün dəyərli və önəmlidir. Çünki biz yekunda Azərbaycanı təmsil edirik. O ki qaldı nəticələrə, qadınlardan ibarət milli komandamız dünya çempionatının seçmə mərhələsində 7 xal toplayaraq artıq bir ilkə imza atıb.
- Ümumiyyətlə, ölkədə istedadlı qadın futbolçuların tapılması, onların yetişdirilməsi, milliyə cəlb olunması prosesi necə gedir? Bu barədə geniş danışaq.
- Deyərdim ki, bu mövzuda danışmaq çox çətindir. Çünki birinci növbədə mentalitet amili qızlarımızın qarşısını kəsir. Amma buna baxmayaraq, az sayda olsa da, qızlarımız məktəblərdən, rayonlardan, uşaq evlərindən futbola cəlb olunurlar.
- Neçə yaş qrupundan ibarət yığmamız var?
- Hal 4 yaş qrupundan ibarət yığma komandamız fəaliyyət göstərir. Bunlar əsas millimiz, U-15, U-17 və U-19 komandamızdıe.
- Bəs, qadın komandaları üçün hansı liqalar var?
- 3 çempionatımız var. U-12, U-17, və Yüksək Liqalarimiz fəaliyyət göstərir.

- Ölkəmizdə daha çox kişilərin futbol komandalarının yaradılması, onlara vəsait ayrılması ön plandadır. Ümumiyyətlə, niyə sırf qadın futbolçuların olduğu klublar azdır?
- Artıq “Neftçi”, “Sumqayıt”, “Qəbələ”, “Şamaxı” kimi klubların qadın komandaları var. Ümid edirəm ki, növbəti illərdə digər klublarımızın da qadın komandaları yaranacaq.
- Azərbaycanda hələ də qızlar idmanla məşğul olmaqdan çəkinirlər. Bəzən də cəmiyyətin, ailələrinin təzyiqi ilə qarşılaşırlar. Buna necə yanaşırsınız?
- Təbii ki, ilk mərhələlərdə belə bir hallar çox olur. Bunun səbəbini bayaq qeyd etdim: mentalitet faktoru. Lakin hansısa bir qız məşğul olduğu idman növündə uğura yaxınlaşdıqca artıq kütlə onu qəbul edib dəstəkləyir. Hər bir işdə ilkin mərhələ çətin olur. Burada da belədir.
- Elə qeyd etdiyiniz kimi, bəzən valideynlər gənc qızlarının futbolla məşğul olmasını istəmirlər. İstedadlı qız uşaqarının futbola gətirilməsi üçün valideynlərlə danışıqlar aparılırmı? Marifləndirici söhbətlər olur?
- Bəli, əlbəttə. Təbii ki, bu məsələlər ilə komandalarımızın baş məşqçiləri məşğul olurlar. Məşqçilər mütəmadi olaraq futbolçu qızların valideynlərindən həm təhsilləri, həm də sosial həyat tərzləri ilə maraqlanırlar.
- Qızların futbola cəlb olunması, ümumiyyətlə, cəmiyyətdə qadınların idmanla məşğul olmasına normal yanaşılması üçün hansı təbliğat xarakterli işlər görülür?
- AFFA-nın rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Çünki, qızların futbola cəlb olunması üçün layihələr həyata keçirilir. Bu layihələr sayəsində qızlar futbola cəlb olunurlar.

- Qadınların futbolla məşğul olması üçün hansı infrastruktur layihələri icra olunur? Ümumiyyətlə, qızları futbola cəlb etmək üçün hansı həvəsləndirici addımları atırsınız?
- Hər il müxtəlif turnirlər keçirilir. Bunlar həm qadın futbolunun inkişafı, həm də qızları futbola cəlb etmək üçündür.
- Elə gənclər var ki, istedadlı və həvəsli olsalar da, futbolla məşğul olacaq vəsaiti, imkanı olmur. Bu federasiya olaraq hansı addımları atırsınız?
- İnanın ki, istənilən bu cür hallarda AFFA tərəfindən bütün çətinliklər aradan qaldırılır. Məsələn, AFFA-nın akademiyasında çətinlik çəkən qızlarımızın hər biri üçün lazımi şərait yaradılır.
- Məlum məsələdir ki, futbolun inkişafı həm də məşqçilərdən asılıdır. Bəs, bizim qadın futbolunda çalışan məşqçilərimiz bir mütəxəssis kimi necə yetişiblər?
- Bizim qadın futbolunda çalışan məşqçilərimiz Azərbaycanda sayılıb seçilən və yüksək kateqoriyalı məşqçilərdir.
Ardı var…
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər