Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Son illərdə Azərbaycanda xüsusi diqqət ayrılan və inkişaf etməkdə olan idman növlərindən biri də badmintondur.
Azərbaycan Badminton Federasiyası son 6 ay müddətində bu idman növünün geniş yayılması və ona marağın artırılması üçün bir sıra işlər görüb. Qurum mart ayının 29-da DOST İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq görüşü keçirib. Burada məqsəd aztəminatlı ailələr, şəhid və qazi övladlarına idman sahəsində inkişaf etməyə köməklik göstərmək, professional badmintonçular yetişdirmək, fiziki məhdudiyyətli şəxsləri isə parabadminton növündə kəşf etmək, hakimlər yetişdirərək onları işlə təmin etmək olub.
Ölkənin bank sektorunda badminton idman növünə marağın artırılması üçün müxtəlif tədbirlər və bankların həvəskar komandaları arasında yarış təşkil edilib. 10 may tarixində Azərbaycanda fəaliyyət göstərən banklar arasında Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarış keçirilib. Bu addımların atılmasında məqsəd isə Korporativ Badminton Üslubunun yaradılmasıdır.

20 may tarixində isə bank işçiləri arasında Həvəskar Badminton Turniri keçirilib. Yarışda 32 kişi və qadın badmintonçu şəxsi kateqoriyada qüvvəsini sınayıb. Həmçinin federasiya tələbələri də unutmayıb. Mayın 24-də Azərbaycan Badminton Federasiyasının və Azərbaycan Tələbə Gənclər İttifaqının birgə təşkilatçılığı ilə “FunnyFy” proqramı çərçivəsində badminton yarışı keçirilib. Layihə ərzində tələbələr həm maraqlı konsert proqramlarında iştirak ediblər, həm də badminton haqqında ətraflı məlumatlar əldə ediblər. Daha sonra isə yarışın qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günündə balacalar maraqlı yarışlarla sevindiriliblər. Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, DOST İnküliziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin birgə dəstəyi ilə açıq havada həvəskar badminton yarışları keçirilib. Ardınca açıq havada quraşdırılan badminton meydançası azyaşlıların ixtiyarına verilib. Onlar DOST İnküliziv İnkişaf və Yaradıcılıq Mərkəzinin hazırladığı əl işləri ilə tanış olublar. Həmçinin uşaqlar arasında müxtəlif əyləncəli oyunlar təşkil olunub.

Federasiya gələcəkdə uğurlu badmintonçularımızın yetişməsi üçün də bir sıra işlər görüb. Onların arasında Naxçıvanda təşkil olunan “Level 1” məşqçilik kursları da var. Kursların təşkilində Milli Olimpiya Komitəsinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Beynəlxalq Olimpiya Komitəsinin Həmrəylik Fondunun və Dünya Badminton Federasiyasının dəstəyi də böyük rol oynayıb. Naxçıvanda 1 həftə müddətində eyni məkanda hər gün texniki və nəzəri təlimlər keçirilib. Kurslara Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarından ümumilikdə 22 nəfər qatılıb. Sonda isə imtahanlar keçirilib və buna əsasən sertifikatlar təqdim olunub.
Azərbaycanda ilk dəfə keçirilən “Air Badminton Challenge” isə uğurla başa çatıb. Heydər Əliyev Mərkəzinin parkında 5 iyul – Dünya Badminton Gününə həsr olunmuş tədbirdə idman həvəskarları badmintonla tanış olublar. Həyata keçirilən yarışda müxtəlif yaş qruplarından olan iştirakçılar həm badmintondan zövq aldılar, həm də hədiyyə qazanmaq şansı əldə etdilər.
Bunu da nəzərə çatdıraq ki, Azərbaycanın yeniyetmə badmintonçuları tarixi uğura imza atıblar. Onlar Serbiyanın Novi şəhərində keçirilən “Youth İnternational” turnirində 13 yaşadək şəxsi və qoşa yarışında bürünc medal qazanıblar. Mübarizə aparan Leyla Camalzadə-Nəzrin Mehrəlizadə cütlüyü ilk pley-off görüşündə Serbiya və Rumıniyanı təmsil edən badmintonçulara qalib gələrək 1/4 finala yüksəliblər. Bu mərhələdə Bolqarıstan badmintonçularını məğlub edən idmançılarımız yarımfinala adlamaqla bürünc medalı təmin ediblər.

Azərbaycan Badminton Federasiyasının gördüyü işlər arasında Abşeron Olimpiya və İdman Kompleksində yeni badminton zalının açılması da var. Zal 5 iyul – Dünya Badminton Günündə federasiyanın, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istifadəyə verilib. Zalda eyni anda 50-yə yaxın şəxsin badminton məşqlərini həyata keçirməsi nəzərdə tutulub. Abşeron Olimpiya və İdman Kompleksinin nəzdində fəaliyyət göstərən badminton zalı həm də gələcəkdə parabadminton üzrə milli komandamızın formalaşması üçün baza rolunu oynayacaq.
Onu da qeyd etməliyik ki, Azərbaycan Badminton Federasiyasının və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında “Air Badminton Challenge” keçirilib. Açıq havada təşkil olunan master-klass Lənkəran şəhər sakinlərinin böyük marağına səbəb olub. Uşaq və böyüklərin asudə vaxtını səmərəli və əyləncəli keçirməsi üçün sakinlər arasında müxtəlif oyunlar, hədiyyəli viktorinalar təşkil olunub. Axşam saatlarına kimi davam edən master-klassdan sonra bir neçə uşaq badminton bölmələrinə yazılıb.
Yeri gəlmişkən, 2023-cü ildə Avropa Badminton Konfederasiyasının nümayəndə heyətinin sayca 56-cı görüşü Bakıda olacaq. Mötəbər tədbirə ev sahibliyi etmək hüququ 3 namizıd şəhər arasından paytaxtımıza verilib. Konqres çərçivəsində 2022-ci ildə müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının mükafatlandırılma mərasimi Bakıda təşkil olunacaq. Avropanın badminton federasiyalarının prezidentləri ölkəmizə səfər edəcəklər.

Federasiyanın beynəlxalq əməkdaşlıqlar nəticəsində gördüyü işlər arasında “Shuttle Time” proqramının təşkili də var. Proqram Azərbaycan Badminton Federasiyasının və Dünya Badminton Federasiyasının birgə dəstəyi ilə keçirilib. Bu, ölkəmizdə badmintonun təbliği və ən əsası, kütləviliyi baxımından çox effektivdir. Layihənin əsas məqsədi Azərbaycanda badmintonun kütləviliyinə nail olmaq, məktəblər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri yetişdirməkdir. İlkin mərhələdə Bakı ilə yanaşı, Lənkəran, Gəncə, Quba və Sumqayıtda yüzlərlə idman müəllimi və məktəbli “Shuttle Time”a cəlb olunub.
İnanırıq ki, bütün bu görülən işlərin ardı gələcək və badminton idman növü Azərbaycanda daha da məşhurlaşacaq, seviləcək.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı