Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp ilk heyət seçimi ilə diqqət çəkib.
QOL.az xəbər verir ki, 58 yaşlı mütəxəssis UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün ümumilikdə 44 futbolçuya dəvət göndərib. Onlardan 16-sı əsas milli komandaya ilk dəfə çağırılıb.
4 oyun üçün 2 heyət
Almaniya mediası yazır ki, Klopp qeyri-adi qərarını millinin qısa müddətdə dörd oyun keçirəcəyi ilə izah edib. O, futbolçuları iki qrupa bölüb. Birinci heyət sentyabrın 24-də Amsterdamda Niderland və sentyabrın 27-də Auqsburqda Yunanıstanla qarşılaşacaq. İkinci heyət isə oktyabrın 1-də Münhendə Serbiya, oktyabrın 4-də Salonikidə Yunanıstanla oyunlar üçün nəzərdə tutulub.
Klopp deyib: “Milli komanda ilə iki həftə ərzində dörd oyun keçirmək çox qeyri-adi haldır. Bu müddətdə mümkün qədər çox futbolçunu yaxından tanımaq istəyirəm. Bunlar A və B komandaları deyil. Hər iki heyəti bir-birinə uyğun şəkildə formalaşdırmışıq”.
2026-cı il dünya çempionatından sonra Almaniya millisinin baş məşqçisi təyin edilən Klopp gələcəyə hesablanmış komanda qurduğunu bildirib: “Dünya çempionatından sonra Almaniya futbolunun diz çökdüyü, istedadımızın və futbolçumuzun olmadığı təəssüratı yaranmışdı. Amma son dörd həftədə futbolçuları yaxından izlədik və çoxlu istedad diqqətimizi çəkdi. Bu, yalnız qarşıdakı dörd oyun üçün deyil, iki-üç il sonranı nəzərdə tutan heyətdir”.
"Heyətdə sizi təəccübləndirəcək bir neçə oğlan var"

Yeni heyətdə Leroy Sane, Deniz Undav, Leon Qoretzka və qapıçı Oliver Baumanna yer verilməyib. Manuel Noyer və Antonio Rüdiger isə milli karyeralarını başa vurublar. Klopp Mark-Andre ter Ştegenin hazırda yığmanın əsas qapıçısı olduğunu açıqlayıb. 31 yaşlı Yoşua Kimmix isə kapitan kimi qalacaq və klubunda olduğu kimi sağ cinah müdafiəsində deyil, mərkəz yarımmüdafiəsində istifadə olunması planlaşdırılır.
İlk dəfə milliyə dəvət alan 16 futbolçu arasında “Ayntraxt”dan Yunes Ebnutalib, “Ştutqart”dan Finn Yelç, “Brentford”dan Vitali Yanelt və “Seltik”dən Mika Baur da var. Klopp yeni futbolçularla bağlı deyib: “Burada sizi təəccübləndirəcək bir neçə oğlan var. Amma biz onlarda nəsə gördük, böyük potensialları var. Onların inkişafının bir hissəsi olmaq istəyirik”.
Deniz Undav və Sane Kloppun istədiyi formada deyil
Yurgen Klopp heyətə daxil edilməyən Deniz Undav, Leroy Sane və Leon Qoretzka ilə bağlı qərarını da açıqlayıb. O, Deniz Undavın bu mövsüm hələ istədiyi səviyyəyə çatmadığını bildirib: “Denizlə danışmışam. Onun bəzi kiçik problemləri olub. Eyni zamanda bu mövsüm hələ tam olaraq öz ritmini tapa bilməyib. Dörd hücumçu seçmək istəyirdim və hazırda seçimimi digərlərindən yana etdim”.

Almaniyalı mütəxəssis “Qalatasaray”ın vingeri Leroy Sane barədə də danışıb: “Leroy da bu mövsüm hələ öz oyununu tam tapa bilməyib. Onunla danışacağam, amma hələ bunu etməmişəm”.
Klopp zədəli olan “Aston Villa”nın yarımmüdafiəçisi Leon Qoretzka ilə isə danışmadığını bildirib: “Leon Qoretzka ilə də danışmamışam, amma o, zədəlidir. 50-dən, hətta 60-dan çox telefon danışığı etmişəm. Bu zənglərin bir mənası olmalıdır. Sadəcə, "Salam, mənəm" demək üçün zəng etməyin mənası yoxdur. Danışılacaq məsələ olanda danışacağıq”.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər