"Ronaldo hamı kimi futbolçudur, pis oynasa, meydana çıxmayacaq"

"Ronaldo hamı kimi futbolçudur, pis oynasa, meydana çıxmayacaq"
XƏBƏR 18 Sentyabr 2026 / 18:28 404
-  A +

Portuqaliya millisinin baş məşqçisi Xorxe Jesus 41 yaşlı Kriştiano Ronaldonun komandaya çağırılması barədə danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis Ronaldonun əvvəlki uğurlarının qərarlarına təsir etmədiyini bildirib.

“Əsas onun oyunudur. Keçmişin əhəmiyyəti yoxdur. Kriştiano digər futbolçular kimidir. Yaxşı çıxış etsə, oynayacaq. Əks halda oynamayacaq.

Bəli, onun fərqli statusu var, o, beş dəfə “Qızıl top” qazanıb. Amma bu, mənim qərarlarıma təsir edirmi? Xeyr”, - deyə Jesus bildirib.

Portuqaliya sentyabr-oktyabr aylarında Millətlər Liqasında Uels, Norveç (iki dəfə) və Danimarka ilə qarşılaşacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner