“Dünən Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovun açıqladığı kimi, cari mövsüm ölkə kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Biz hələ Premyer Liqa oyunlarından öncə həmin stadionu təftiş etmişdik”.
QOL.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Azərbaycan kubokunun 2026/27 mövsümünün püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, mövsümün startından öncə Gəncə şəhər stadionunda sınaq xarakterli oyun keçirdiklərini xatırladıb: “Eləcə də stadionun bütün əsas və yardımçı otaqları, infrastrukturu baxışdan keçmişdi. Sevindirici haldır ki, Gəncədə bu cür möhtəşəm stadion var. Son bir ayda orada bayram ab-havası yaşanır. Azarkeşlər çox gözəl mənzərə yaradırlar. Bütün bunları nəzərə alaraq, PFL də kubokun finalının orada keçirilməsi ilə bağlı təklif irəli sürdü. AFFA prezidenti Rövşən Nəcəfin və gənclər və idman naziri Fərid Qayıbovun dəstəyi ilə final bu möhtəşəm arenada keçiriləcək. Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”.
“Final üçün Gəncə stadionu yeganə namizəd idi, yoxsa digər variantlar da var idi?” sualını E.Abbasov belə cavablandırıb: “Son illərdə bir sıra infrastruktur məsələlərini çıxmaq şərti ilə demək olar ki, bütün stadionlarımız Azərbaycan kubokunun finalını qəbul etməyə hazırdır. Ediblər də. Bu baxımdan Qəbələ şəhər stadionunu, “Palms Sport Arena”nı və digərlərini qeyd etmək mümkündür. Yəni Premyer Liqa matçlarının keçirildiyi əksər stadionlar final üçün potensial məkanlar idi. Lakin bilirdik ki, Gəncə stadionunun xüsusi özəlliyi var. Həm tarixi stadiondur. Həm də düşündük ki, təmirdən sonra arenanın bu cür mühüm matça ev sahibliyi etməsi hamı üçün maraqlı olardı”.
PFL rəsmisi Azərbaycan kubokunun sponsoru məsələsinə də toxunub: “Püşkatmadan öncə yekun detalları PFL-in media və marketinq departamentinin direktoru Sənan Abdullayevlə də müzakirə etdik. Hazırda 3-4 şirkətlə aktiv danışıqlarımız davam edir. Ümid edirik ki, müsbət nəticə əldə edəcəyik. Bəzi şirkətlərə biz müraciət etmişik. Lakin elə şirkətlər də var ki, onlar özləri bizə müraciət ediblər. Seçimimiz elə şirkət olmalıdır ki, Azərbaycan kubokunun adını özündə yaxşı şəkildə ehtiva edə bilsin. Danışıqlar gedir. Tələsmirik deməzdim. Çünki biz də bu prosesin tez bir zamanda yekunlaşmasını istəyirik ki, finalla bağlı müvafiq layihələrimizin icrasını planlaşdıraq”.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var