İspaniya Superkuboku Türkiyədə keçiriləcək

İspaniya Superkuboku Türkiyədə keçiriləcək
DÜNYA FUTBOLU 17 Sentyabr 2026 / 20:15 530
-  A +

İspaniya Superkubokunun 2027-ci ildə keçiriləcək oyunlarının təqvimi və stadionları müəyyənləşib.

QOL.az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası turnirin Türkiyədə keçiriləcəyini açıqlayıb.

İlk yarımfinalda fevralın 2-də “Barselona” ilə “Atletiko” qarşılaşacaq. Görüş İstanbulda “Fənərbaxça”nın ev stadionunda keçiriləcək. Arena təxminən 48 min azarkeş tutumuna malikdir.

Digər yarımfinalda fevralın 3-də “Real Sosyedad” və “Real” üz-üzə gələcək. Bu oyun “Beşiktaş”ın ev stadionunda baş tutacaq. Arenanın tutumu 42 minə yaxındır.

Final qarşılaşması isə fevralın 6-da “Qalatasaray”ın ev stadionunda keçiriləcək. 53 mindən çox tamaşaçı qəbul edə bilən arenada turnirin qalibini müəyyənləşəcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner