"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi

"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
DÜNYA FUTBOLU 18 Sentyabr 2026 / 12:30 242
-  A +

İngiltərənin “Arsenal” klubu “Liverpul”un gənc hücumçusu Vinsent Cozefi transfer edib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc hücumçu “Liverpul” akademiyasında doqquz il keçirib. O, ötən mövsüm klubun U-18 komandasında ilk iki oyununda üç qol vurub. 

Futbolçu İngiltərənin U-16 millisində də yüksək məhsuldarlığı ilə seçilib. Cozef bu komandada 9 qarşılaşmada 8 qol vurub və 1  məhsuldar ötürmə edib.

16 yaşlı hücumçu ilə “Mançester Yunayted” və “Çelsi” də maraqlanıb, lakin futbolçu karyerasını “Arsenal”da davam etdirməyi seçib.


Qarabağ FK
Son xəbərlər
topaz banner