Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi

Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
DÜNYA FUTBOLU 18 Sentyabr 2026 / 11:45 292
-  A +

Libertadores kubokunda yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

QOL.az xəbər verir ki, 1/4 finalın cavab oyununda “Flamenqo” “İndependiente del Valye” ilə 1:1 hesablı heç-heçə edib.

“Flamenqo” (Braziliya) - “İndependiente del Valye” (Ekvador) - 1:1

Qollar: Corkeff Reasko, 30 (0:1), Jorjian De Arraskayeta, 82 (1:1)

Braziliya təmsilçisi ilk görüşdə 2:0 hesabı ilə qalib gəldiyi üçün yarımfinala yüksəlib.

Yarımfinalda “Flamenqo” “Estudiantes”lə (Argentina) qarşılaşacaq. Digər cütdə isə Braziliyanın iki klubu - “Palmeyras” və “Fluminense” üz-üzə gələcək.

İlk yarımfinal matçları 13 oktyabrda, cavab görüşləri isə 20 oktyabrda keçiriləcək.

Qeyd edək ki, turnirin son qalibi "Flamenqo"dur.


Qarabağ FK
Son xəbərlər
topaz banner