Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Fərid Qayıbovu gənclər və İdman naziri vəzifəsinə təyin etməsindən sonra ölkəmizdəki müxtəlif idman federasiyalarında dəyişikliklər və islahatlar həyata keçirildi.
Prezident İlham Əliyev məhz Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Azərbaycan idmanının islahatlara ehtiyacı olduğunu bildirmişdi:
“İdman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin. Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır”.
Bununla da Fərid Qayıbov gənclər və idman naziri vəzifəsini icra etdiyi ilk gündən işinə ciddi diqqəti ilə seçildi. Bunu onun hər bir idman federasiyalarında aparılan işlərlə yaxından maraqlanması, izləməsində də görmək olar.
Fərid Qayıbov gənclər və idman naziri təyin olunmasından cəmi 1 gün sonra futbolumuzun hazırkı durumu ilə bağlı fikirlərini bildirərkən demişdi:
“Mən futbolu uşaqlıqdan sevirəm. Çalışıram ki, mühüm oyunlara stadiondan baxım. Dünən də milli komandamızın Portuqaliya ilə oyununu stadiondan izlədim. Çox təəssüf ki, komandamız məğlub oldu. Mən də digər vətəndaşlarımız kimi komandamızın uduzduğuna təəssüflənirəm. İstərdik ki, futbolçularımız daha yaxşı oynasınlar. Hesab edirəm ki, bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı Futbol Federasiyası ilə işlərimiz olacaq. Onlarla bu sahə ilə bağlı işlər aparmalıyıq”.
Bundan sonra isə nazir AFFA-nın qərargahına yollanaraq qurumun icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşüb və Premyer Liqamızda komanda sayının 8-dən 10-a yüksəldilməli olduğunu söyləmişdi.
Fərid Qayıbov fəaliyyətinin davamında Azərbaycan Cüdo Federasiyası, Vüqar Həşimov Şahmat Akademiyası, Azərbaycan Qılıncoynatma Federasiyasının işlər ilə tanış olub. O, sözügedən proseslərdən sonra Azərbaycan Cüdo Federasiyasında islahatlar edib. Hələ bir neçə gün əvvəl Azərbaycan Qılıncoynatma Federasiyasında rəhbər və kadr dəyişikliklərinin həyata keçirilməsini xatırladaq. Belə ki, federasiyanın prezidenti vəzifəsinə Mikayıl Cabbarovun əvəzinə Balakişi Qasımov seçilib. Fikrət Zeynalov və Fərhad Kasimov vitse-prezident kimi işini davam etdirəcək. Vasif Məmmədov isə baş katib vəzifəsini icra edəcək. İcraiyyə Komitəsinin üzvləri isə Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov seçilib.

Həmçinin Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rövnəq Abdullayevin əvəzinə Azərbaycan Cüdo Federasiyasının prezidenti vəzifəsinə seçilib. Bu gün isə federasiyaya yeni baş katib kimi Rəşad Rəsullu təyin olunub.
Fərid Qayıbovun belə qısa bir müddətdə ölkə idmanı ilə yaxından maraqlanması, kadrları nəzarətdə saxlaması yaxında digər federasiyalarda da islahatların olacağını, Azərbaycan idmanının inkişaf edəcəyini söyləməyimizə əsas verir.
Yeri gəlmişkən, Fərid Qayıbovun təkcə idman federasiyalarını deyil, idmançıları da diqqətdə saxladığını qeyd edək. Bunun sübutu kimi biz onun Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında 3-cü yeri tutaraq vətənə qayıdan yunan-Roma güləşi üzrə millimizi şəxsən qarşılamasını göstərə bilərik.
İnanırıq və əminik ki, Fərid Qayıbovun uğurlu işləri və islahatları Azərbaycan futbolundan da yan keçməyəcək. Yalnız ciddi işlər görüləcəyi halda millimiz Lüksemburqa uduzmamağı, Premyer Liqamız 8 komandalı bir yarışdan həqiqi rəqabətin olduğu, maraqlı çempionata çevrilməyi bacarar.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

"Yuventus"dan ayrılır
İtaliya A seriyasına yüksələn ilk komanda
"Bavariya" 40 yaşlı Noyerlə müqaviləni uzadır
Türkiyə millisi 2 yoxlama oyunu keçirəcək
Spaletti ayın ən yaxşısıdır
Enrike: "Bavariya" qarşılaşdığım ən çətin rəqibdir"
"Real"da baş məşqçi vəzifəsinə daha bir namizəd
Matiçlə yeni müqavilə imzalanacaq
PFL hakim təyinatlarını açıqladı
"Qarabağ"ın futbolçusu üçün mövsüm bitdi
Elvin əvəzedici heyətdə qolu belə vurdu - Yenilənib+Video
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı
İspan klubu qələbəni Fələstin bayrağı ilə qeyd etdi - Video
AFFA "Qarabağ"ı 8000 manat cərimələdi
Azərbaycan millisi bu dəfə Belarusa qalib gəldi
“Barselona”dan “El Klassiko” üçün xüsusi forma
"İmişli" futbolçusu ilə müqaviləni uzatdı
Füzulidə FİFA-nın dəstəyi ilə festival keçirildi - Şəkillər
İnfantino növbəti seçkilərə də qatılacağını açıqladı
"Fənərbaxça"nın kapitanı futboldan 1 illik uzaqlaşdırıldı
"Mənim lüğətimdə təslim olmaq sözü yoxdur" - Arda Turan
Cenk Sümer: “Neftçi”nin yeri Avropadır” - Video
9-cu çempion: 18 ildə ilk
“Şaxtyor” uduzdu, "Rayo Valekano"dan qələbə
İngiltərə derbisini kim qazandı? - Avroliqa
"Neftçi"dən mübariz oyun, layiqli qələbə Video
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində