"Sumqayıt"ın yarımmüdafiəçisi Əfran İsmayılov Qol.az-a müsahibə verib. Komandada qalıb-qalmayacağı ilə bağlı danışan futbolçu milliyə dəvət almaması məsələsinə və sabah Bakıda keçiriləcək Avropa Liqasının final oyununa da toxunub.
- Mövsümün sonunda "Sumqayıt"la müqavilən başa çatdı. Gələcəyinlə bağlı qərar vermisən?
- "Sumqayıt"la məsələm açıq qalır. Klubdan bildiriblər ki, sponsorlarla hələ görüş olmayıb. Avroliqanın finalına görə baş qarışıqdır. Gələn həftənin ortası rəhbərliklə görüşəcəyik. Ondan sonra qərarlar bilinəcək. Hazırda istirahət edirəm. Hələ gözləyirəm. Görək, "Sumqayıt"dan nə deyirlər. Alınacaq, lap yaxşı. Alınmasa da, futboldur.
- Başqa təkliflərin var?
- Var, amma açıqlamaq istəmirəm. “Sumqayıt”ın qərarını gözləyirəm. Burada baş məşqçi amili də var. Onunla da məsləhətləşdikdən sonra qərarımı verəcəyəm.
- “Sumqayıt”da pis təsir bağışlamasan da, milliyə dəvət almadın. Bu barədə nə deyə bilərsən?
- Həmişə demişəm ki, millidə oynamağa hazıram. Çağıracaqlar, gedəcəyəm, çağırmayacaqlar, getməyəcəyəm. Baş məşqçidən asılı olan bir şeydir. Qərara hörmətlə yanaşmaq lazımdır. Yəqin ki, layiq olanları çağırıblar.
- Milli komandamız gələn ay Avro-2020-nin seçmə mərhələsində Bakıda 2 oyun keçirəcək. Əvvəlcə Macarıstan, ardınca isə Slovakiya ilə oynayacaqlar. Şansları necə qiymətləndirirsən?
- Əlbəttə, hər ikisi çətin oyundur. Mümkün qədər xal qazanmalıyıq. Çünki bunu edə bilməsək, daha böyük çətinliklə üzləşəcəyik. Səfərdə bizə daha ağır olacaq. Şanslarımızı sıfıra endirə bilərik.
- Sabah Bakı Olimpiya Stadionunda Avropa Liqasının final oyunu keçiriləcək. Bu cür möhtəşəm matçın Bakıda keçirilməsinə münasibətini bilmək maraqlı olardı...
- Bu, həqiqətən böyük uğurdur. Bütün dünyanın gözü Azərbaycanda olacaq. Sevindirici haldır. İnanıram ki, bundan da mötəbər yarışlara ev sahibliyi edəcəyik. Belə yarışları keçirmək ölkəmizin üstünlüyüdür. Azərbaycan getdikcə inkişaf edir və dünyada daha çox tanınır. Ölkəni tanıdan amillərdən biri də bu cür oyunlar, mötəbər yarışlardır.
- “Qarabağ”ın heyətində avrokuboklarda hər iki finalçıya – həm “Çelsi”, həm də “Arsenal”a qarşı oynamısan. Favoritin kimdir?
- Bəli, hər iki komanda ilə üzləşmişəm. Əvvəllər Məsut Özilə görə “Arsenal”ın udmağını istəyirdim. Mxitaryan söhbətinə görə isə “Çelsi”yə azarkeşlik edəcəyəm.
- Proqnoz verə bilərsən?
- “Çelsi”nin qalib gələcəyini gözləyirəm. Məncə, 2:1 udacaqlar.
Elnur SALAHOV
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı