Vinisius “Barselona” ilə oyunu buraxacaq

Vinisius “Barselona” ilə oyunu buraxacaq
DÜNYA FUTBOLU 14 Oktyabr 2026 / 22:16 331
-  A +

“Real”ın hücumçusu Vinisius Juniorun diskvalifikasiya müddəti bəlli olub. 

QOL.az xəbər verir ki, "Deportive" nəşrinin məlumatına görə, braziliyalı futbolçu İspaniya çempionatında növbəti 4 matçda komandasına kömək edə bilməyəcək. Vinisius “Sevilya”, “Barselona”, “Rasinq” və “Valensiya” ilə oyunları buraxacaq.

Onun La Liqada meydana qayıdacağı növbəti matç noyabrın 23-də “Selta”ya qarşı görüş ola bilər. 

Qeyd edək ki, diskvalifikasiya yalnız La Liqa oyunlarına şamil olunur. Buna görə də “Real” Çempionlar Liqasında Vinisiusun xidmətindən yararlana biləcək.

Xatırladaq ki, Vinisius Junior La Liqanın 8-ci turunda “Vilyarreal”ı 1:0 hesabı ilə məğlub etdikləri matçda qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.


Qarabağ FK
Son xəbərlər
13.10.26  22:39

Bravo, “Sabah”!

topaz banner