ÇL oyunu öncəsi möhtəşəm mənzərə - Şimal şəfəqi

ÇL oyunu öncəsi möhtəşəm mənzərə - Şimal şəfəqi
XƏBƏR 15 Oktyabr 2026 / 11:19 543
-  A +

UEFA Çempionlar Liqasının 2-ci turunun “Bodo-Qlimt” - “Borussiya" Dortmund (1:0) matçı öncəsi gözəl təbiət hadisəsi baş verib.

QOL.az xəbər verir ki, Norveçin Bodo şəhərinin  stadionun üzərində şimal şəfəqi müşahidə olunub.

Norveç səmasında yaranan möhtəşəm mənzərə futbol qarşılaşması ərəfəsində diqqət çəkib.

Şimal şəfəqi yer atmosferinin yuxarı qatlarında Günəşdən gələn yüklü hissəciklərin təsiri nəticəsində yaranan möhtəşəm təbii işıq hadisəsidir. Gecə səmasında yaşıl, bənövşəyi, çəhrayı və bəzən qırmızı rəngli dalğalar, pərdələr və qövslər şəklində görünür. Bu qeyri-adi təbiət hadisəsi əsasən Skandinaviya ölkələrində, Kanada və Alyaskada müşahidə olunur.


Qarabağ FK
Son xəbərlər
topaz banner