"Milan" onunla yeni müqavilə imzalayır

"Milan" onunla yeni müqavilə imzalayır
XƏBƏR 14 Oktyabr 2026 / 15:28 232
-  A +

"Milan" futbolçusu Strahinya Pavloviçlə müqaviləni uzatmağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb.

Tərəflər artıq razılığa gəliblər. 25 yaşlı müdafiəçi yaxın vaxtlarda Milan təmsilçisi ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni uzunmüddətli müqavilə imzalayacaq. Onun hazırkı sözləşməsi 2028-ci il iyunun sonunda başa çatır.

Pavloviç 2024-cü ilin yayında “Milan”a qoşulub. Müdafiəçinin transfer dəyəri 40 milyon avro qiymətləndirilir.

Serbiyalı oyunçu cari mövsümdə İtaliya A Seriyasında 6 matçda meydana çıxıb və 3 sarı vərəqə alıb.


Qarabağ FK
Son xəbərlər
13.10.26  22:39

Bravo, “Sabah”!

topaz banner