“Sabah”ın qapıçısı Çempionlar Liqasında TOP-5-likdə

“Sabah”ın qapıçısı Çempionlar Liqasında TOP-5-likdə
ÇEMPİONLAR LİQASI 15 Oktyabr 2026 / 08:48 392
-  A +

“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox qurtarış edən qapıçılar arasında ilk beşlikdə yer alıb.

QOL.az xəbər verir ki, Qazaxıstan millisinin üzvü ilk 2 turdan sonra turnirdə indiyədək 11 qurtarış edib. O, bu göstəricidə Madrid “Real”ının qapıçısı Tibo Kurtua ilə 4-5-ci yerləri bölüşür.

Siyahıya 14 qurtarışla “Brügge”nin qapıçısı Yan Sommer və Bratislava “Slovan”ının qolkiperi Dominik Takaç başçılıq edirlər.

Üçüncü pillədə isə 12 qurtarışla “Portu”nun qapıçısı Dioqu Koşta qərarlaşıb.

Qeyd edək ki, 6-7-ci yerləri tutan Matfey Safonov (PSJ) və Zayon Zudzuki (“Aston Villa”) də 11 seyv edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
13.10.26  22:39

Bravo, “Sabah”!

topaz banner