Çempionlar Liqası tarixində hələ bu qədər qol vurulmamışdı

Çempionlar Liqası tarixində hələ bu qədər qol vurulmamışdı
ÇEMPİONLAR LİQASI 15 Oktyabr 2026 / 11:07 529
-  A +

UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin 2-ci turunda turnirin tarixi ərzindəki məhsuldarlıq rekordu qeydə alınıb.

QOL.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Tur çərçivəsində keçirilən 18 qarşılaşmada ümumilikdə 78 qol vurulub. Bu isə hər oyuna orta hesabla 4,33 qol deməkdir. Göstərici turnirin tarixində yeni rekorddur.

Ən məhsuldar qarşılaşma “Liverpul”un LASK-a 6:3 hesabı ilə qalib gəldiyi oyun olub. “Brügge” – “İnter” (4:3), “Real” – “Roma” (4:3), “Aston Villa” – “Fənərbaxça” (6:0), “Bavariya” – “Vikinq” (3:3) və PSJ – “Mançester Siti” (4:2) matçları da bol qollu keçib.

Əvvəlki rekord ötən mövsümün Liqa mərhələsinin 3-cü turunda qeydə alınmışdı. Həmin vaxt 18 görüşdə 71 qol vurulmuşdu (orta hesabla 3,94 qol).

Xatırladaq ki, Çempionlar Liqasının formatı 2024/25 mövsümündən dəyişdirilib. Qrup mərhələsi 36 komandanın iştirak etdiyi Liqa mərhələsi ilə əvəzlənib. Nəticədə hər turdakı oyunların sayı 16-dan 18-ə yüksəlib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner