“Arsenal” kütləvi ixtisarlar edə bilər

“Arsenal” kütləvi ixtisarlar edə bilər
DÜNYA FUTBOLU 14 Oktyabr 2026 / 18:03 352
-  A +

“Arsenal” klubu müxtəlif şöbələrdə çalışan 60 əməkdaşını ixtisar etməyi nəzərdən keçirir.

QOL.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, məsələ ilə bağlı məsləhətləşmələr davam edir və yekun qərar hələ verilməyib.

İxtisarların məşqçilər korpusuna, kişi və qadın komandalarının hazırlıq heyətinə, təhlükəsizlik xidmətinə, ictimai layihələrə və “Arsenal Foundation” fonduna aid olmayacağı bildirilir.

Qeyd edək ki, London klubu 2024/2025 mövsümündə 691 milyon funt sterlinq gəlir əldə etsə də, maliyyə ilini 1,4 milyon funt sterlinq zərərlə başa vurub. Klubun 2025/2026 mövsümü üzrə maliyyə göstəriciləri hələ açıqlanmayıb.


Qarabağ FK
Son xəbərlər
13.10.26  22:39

Bravo, “Sabah”!

topaz banner