"Sabah" UEFA Çempionlar Liqasında "Slaviya" üzərində qələbə qazanıb azarkeşlərimizi sevindirdi. Ən azı bir həftə ərzində bu matçda barədə çox danışılacaq və bu, ölkə futbolunun təbliği baxımından çox önəmlidir. Eyni zamanda bu həftə "Sabah"ın yerli çempionatda "Qəbələ" ilə oyunu var. Amma daha çox maraq isə şübhəsiz ki, "bayquşlar"ın Misli Premyer Liqasındakı əsas rəqiblərinin qarşılamasında olacaq.
Bəli, müstəqil Azərbaycan çempionatları tarixinin daimi iştirakçısı olan iki komanda bu həftə yenidən üz-üzə gəlir.
"Qarabağ" və "Neftçi"! Əzəli və əbədi rəqiblər.
"Neftçi"ni yenidən dirildən adam Yuri Vernidubla "Qarabağ"ın müasir tarixini yaradan Qurban Qurbanovun dueli.
Turnir cədvəlində hansı pillələrdə qərarlaşmalarından asılı olmayaraq bu iki komandanın öz aralarındakı matçı daim prinsipiallığı ilə fərqlənib. Son illər isə bu Azərbaycan derbisi həqiqətən futbolumuza xüsusi rəng qatır. Meydanda idman mübarizəsinin, tribunalarda isə azarkeş sayının daha da artdığına şahid oluruq.

2025/26 derbisindən bir xatirə
Güman ki, bu dəfə də belə olacaq.
"Qarabağ"la "Neftçi"nin 2026/27 mövsümündə ilk matçı isə xüsusən maraq doğurur. "Neftçi" 7 oyundan, "Qarabağ"la "Sabah" isə 6 matçdan hər biri 16 xal toplayıb və turnir cədvəlinin liderlər qrupunda yer alıb. Odur ki, "amansız" çempionluq yarışında bu komandaların hədəfi bəllidir: xal itirməmək və yalnız qələbə qazanmaq.
Deməli, bizi bu həftə yeni mövsümün ilk derbisində həyəcanlı qarşılaşma gözləyir.
Odur ki, stadiona gedib "Qarabağ" - "Neftçi" matçını canlı izləyin, futboldan zövq alın!
Tarix: 17 oktyabr, saat 19:00
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu.
Oyunçu aparsın!
Elnur
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək