A seriyası klubunda yeni baş məşqçi

A seriyası klubunda yeni baş məşqçi
DÜNYA FUTBOLU 15 Oktyabr 2026 / 13:44 271
-  A +

İtaliyanın "Venesiya" klubunun yeni baş məşqçisi bəlli olub.

QOL.az A seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Davide Nikola çalışdıracaq.

53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. 

İtalyan məşqçinin son iş yeri ölkəsində "Kremoneze" klubu olub. 

Qeyd edək ki, "Venesiya" 6 turdan sonra A seriyasının turnir cədvəlində sonuncu - 20-ci pillədə qərarlaşıb. Bütün oyunları uduzan komanda xalsızdır.


Qarabağ FK
Son xəbərlər
topaz banner