Riyad Mahrezin yeni klubu bilindi

Riyad Mahrezin yeni klubu bilindi
DÜNYA FUTBOLU 15 Oktyabr 2026 / 09:00 326
-  A +

"Mançester Siti"nin sabiq futbolçusu Riyad Mahrezin yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını Qətərin “Əl-Şamal” klubunda davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əlcəzairli vingerlə bağlanacaq müqavilənin müddəti hələlik açıqlanmayıb.

Mahrez bu ilin yayında müqavilə müddəti başa çatdıqdan sonra Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan ayrılıb.

Qeyd edək ki, Riyad Mahrez “Mançester Siti” və “Lester"lə İngiltərədə çempionluqlar yaşayıb, O, Fransada “Havr” və “Kempe” klublarında da çıxış edib.


Qarabağ FK
Son xəbərlər
13.10.26  22:39

Bravo, “Sabah”!

topaz banner