Mbappe Messini geridə qoydu

Mbappe Messini geridə qoydu
DÜNYA FUTBOLU 15 Oktyabr 2026 / 00:35 717
-  A +

“Real”ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında 100 oyun keçirən ən gənc futbolçu olub.

QOL.az xəbər verir ki, fransalı forvard bu göstəriciyə 2-ci turun “Roma” ilə matçında nail olub. O, 27 yaş 298 günlüyündə turnirdə 100-cü oyununa çıxıb.

Nəticədə Mbappe Lionel Messi və Raulun rekordlarını qırıb. Messi 100-cü matçını 28 yaş 84 günlüyündə, Raul isə 28 yaş 239 günlüyündə keçirib.

Qeyd edək ki, Mbappe Çempionlar Liqasında 72 qol vuraraq turnirin ən məhsuldar futbolçuları sırasında ilk beşliyə daxil olub.


Qarabağ FK
Son xəbərlər
13.10.26  22:39

Bravo, “Sabah”!

topaz banner