“Fənərbaxça” 0:6 hesablı məğlubiyyətə layiq deyildi” - Emeri

“Fənərbaxça” 0:6 hesablı məğlubiyyətə layiq deyildi” - Emeri
ÇEMPİONLAR LİQASI 15 Oktyabr 2026 / 08:30 666
-  A +

 

“Aston Villa”nın baş məşqçisi Unay Emeri UEFA Çempionlar Liqasında “Fənərbaxça”ya 6:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

QOL.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Villa Park”da keçirilən matçdan sonra təşkil olunan mətbuat konfransında deyib:

“Öz meydanımızda 3 xal qazandıq. Oyuna daha yaxşı nəzarət etmək istəyirdik. Hesab 6:0 olsa da, rəqib də bir neçə qol vura bilərdi. Bizim üçün əsas məqam doğma meydanda ilk qələbəmizi qazanmağımız idi”.

Emeri komandasının müxtəlif taktiki üsullarla nəticə qazana bildiyini vurğulayıb: “Bəzən yüksək pressinq tətbiq edərək və sürətli əks-hücumlarla qol vururuq. Bu gün isə müxtəlif üsullarla fərqlənə bildik. Əvvəllər də komandama güvənirdim, bu gün yaxşı oynamağımız həmin inamı daha da artırdı.

İnkişaf etdirə biləcəyimiz məqamlar var. Bəzi dəyişikliklər üçün zamana ehtiyacımız olacaq”.

İspaniyalı mütəxəssis “Fənərbaxça”nın belə ağır məğlubiyyətə layiq olmadığını bildirib:

“Əlbəttə, “Fənərbaxça” ilə oyuna ciddi hazırlaşmışdıq. Onların çox yaxşı futbolçuları var və keçmişdə böyük uğurlar qazanıblar. Biz öz keyfiyyətimizi ortaya qoymaqla rəqibin müəyyən zəif tərəflərindən yararlanmaq istəyirdik.

“Fənərbaxça” 0:6 hesablı məğlubiyyətə layiq deyildi. Onlar da bir neçə qol vura bilərdilər. İstədiyimiz nəticəni qazandıq, amma həqiqət budur ki, rəqib layiq olmadığı hesabla üzləşdi”.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
13.10.26  22:39

Bravo, “Sabah”!

topaz banner