“Çelsi”nin yarımmüdafiəçisi Cordan Henderson İngiltərə Premyer Liqasının ötən turunun ən yaxşı futbolçusu seçilib.
QOL.az xəbər verir ki, 36 yaşlı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə səslərin 53 faizini toplayıb. O, “Bornmut”la 5:1 hesablı qələbə qazandıqları oyunda iki qol vurub və bir məhsuldar ötürmə verib.
Beləliklə, ingiltərəli futbolçu “Çelsi” tarixində Premyer Liqada bir oyunda üç qolda birbaşa iştirak edən ən yaşlı futbolçu olub. Liqada bu göstəriciyə ondan daha yaşlı futbolçu sonuncu dəfə 2022-ci ilin aprelində nail olub. Həmin vaxt Kriştiano Ronaldo “Mançester Yunayted”in “Norviç”lə oyununda iki qol vurub və bir məhsuldar ötürmə verib.
Qeyd edək ki, Henderson 2026/2027 mövsümündə bu mükafatı qazanan ikinci “Çelsi” futbolçusudur. İlk turda “Fulhem”lə matçdan sonra Koul Palmer ən yaxşı oyunçu seçilib.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər