Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun baş məşqçisi Arda Turan Türkiyə millisinin sükanı arxasına keçmək ehtimalından danışıb.
QOL.az xəbər verir ki, 39 yaşlı mütəxəssis UEFA Çempionlar Liqasında Yunanıstanın AEK klubu ilə keçiriləcək oyun öncəsi Londondakı “Stemford Bric” stadionunda təşkil olunan mətbuat konfransında bu barədə fikirlərini bölüşüb.
Ötən həftə Vinçentso Montella ilə yollarını ayıran Türkiyə millisinin baş məşqçi vəzifəsinə namizədlər arasında adının çəkilməsinə münasibət bildirən Arda Turan deyib: “Bunun bir insan üçün nə qədər böyük şərəf olduğunu sözlə ifadə edə bilmərəm. Milli komandanın bütün yaş kateqoriyalarında oynamış biri kimi hiss etdiyim qüruru təsvir etmək mümkün deyil. Uzun müddətdən sonra insanların mənim adım ətrafında birləşdiyini görmək həqiqətən həyəcanvericidir.
Ölkəmi, bayrağımı nə qədər çox sevdiyimi ürəkdən deyirəm. Amma ölkənizə xidmət etməyin, onun üçün çalışmağın müxtəlif yolları var. Bəzən başqa ölkələrdə bayrağınızı dalğalandıraraq da vətəninizi təmsil edə bilərsiniz. Türkiyədə mənə göstərilən bu etimada görə sonsuz təşəkkürümü bildirirəm”.
Gənc məşqçi kimi daha çox işləmək və özünü inkişaf etdirmək istədiyini vurğulayan Turan hazırkı klub fəaliyyətini davam etdirməyin daha faydalı olacağını bildirib:
“Tarixdə ilk dəfə Avropada çempion olmuş türk məşqçi kimi illər əvvəl Fatih Terimin “Fiorentina” və “Milan”a apardığı bayrağı indi mənim daşıdığımı düşünürəm. Ölkəmi bu şəkildə təmsil etməyin daha dəyərli və faydalı olacağına inanıram”.
“Müqaviləm müddətində “Şaxtyor”a sadiq qalacağam”
Arda Turan Donetsk klubu qarşısında öhdəliklərinin olduğunu xatırladıb:
“Burada arzularını bölüşdüyüm gənc futbolçular var. Klub prezidenti və rəhbərliyi var. Futbolçularıma AEK ilə oyundan başqa heç nə düşünməməyi, hər matça ayrıca yanaşmağı tapşırdığım halda, indi öz gələcəyimlə bağlı məsələni onların gündəminə gətirsəm, yaşadıqları həyəcana və ümidlərinə haqsızlıq etmiş olaram.
Məni ən çox narahat edən məsələlərdən biri sanki bu vəzifəyə razı salınmalı olduğum barədə fikirlərin səsləndirilməsidir. Türkiyə vətəndaşı kimi burada hansısa razı salınmadan söhbət gedə bilməz. Bu, məni həqiqətən narahat edir. Bunlar insanın xəyal edə biləcəyi təkliflərdir. Amma bəzən arzular insanın özü üçün daha münasib zamanda gerçəkləşir. Buna görə də müqaviləm müddətində cənab Rinat Axmetova, “Şaxtyor”un arzularına və ən əsası, söz verdiyim futbolçularıma sonsuz sədaqətlə bağlıyam. Ümid edirəm, məsələ artıq aydın oldu”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu