“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”

“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
DÜNYA FUTBOLU 14 Oktyabr 2026 / 20:04 463
-  A +

“Real”ın baş məşqçisi Joze Mourinyo İspaniyada araşdırılan “Neqreyra işi” ilə bağlı sərt açıqlama verib. 

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, o, İtaliyadakı “Kalsiopoli” qalmaqalını xatırladaraq İspaniyada bu məsələ ilə bağlı ciddi tədbirlərin görülmədiyini bildirib. Portuqaliyalı mütəxəssis bu barədə Çempionlar Liqası çərçivəsində Romada keçirilən mətbuat konfransında danışıb:

"İtaliyanı təbrik edirəm. Bilirsiniz niyə? Çünki “Kalsiopoli”nin həqiqətən “Kalsiopoli” olduğu yeganə ölkə İtaliyadır. İspaniyada baş verənləri hamı bilir, amma indiyədək heç bir tədbir görülməyib".

Onun sözləri “Barselona”nın 2001-2018-ci illərdə İspaniya Hakimlər Texniki Komitəsinin vitse-prezidenti olmuş Xose Mariya Enrikez Neqreyranın şirkətinə etdiyi ödənişlərlə bağlı araşdırmaya aiddir. Kataloniya klubu hər hansı qanun pozuntusuna yol vermədiyini bildirir.

Mourinyo hesab edir ki, məsələ ilə bağlı ciddi addımlar atılmasa, bu hadisə futbol tarixinin ən böyük korrupsiya qalmaqallarından biri kimi qiymətləndirilə bilər:

"Heç nə baş verməsə, bu, dünya futbolu tarixində hakimliklə bağlı ən böyük korrupsiya qalmaqalı ola bilər. Başqa sözüm yoxdur".


Qarabağ FK
Son xəbərlər
13.10.26  22:39

Bravo, “Sabah”!

topaz banner