Azərbaycan güləşçisi dünya çempionatının finalında

Azərbaycan güləşçisi dünya çempionatının finalında
GÜLƏŞ 15 Oktyabr 2026 / 10:26 201
-  A +

Azərbaycan güləşçisi Günay Qurbanova ABŞ-ın Las Veqas şəhərində keçirilən U-23 dünya çempionatında finala vəsiqə qazanıb.

QOL.az xəbər verir ki, 59 kq çəkidə çıxış edən idmançı yarımfinalda Argentina təmsilçisi Kamila Amarillaya qalib gəlib.

O, sabah qızıl medal uğrunda qarşılaşmada ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.

Yunan-Roma güləşçisi Ruslan Nurullayev (77 kq) isə üçüncü yer uğrunda qarşılaşmada ukrayanlı İrfan Mirzoyevi məğlub edərək bürünc medal qazanıb.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçisi Elmir Əliyev (60 kq) gümüş mükafata sahib çıxıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner