"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video

"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
VİDEO 14 Oktyabr 2026 / 11:25 510
-  A +

“İlk ev oyunumuz idi. Qələbə qazandıq. Sevincliyəm, qürurluyam. Komandamla fəxr edirəm. Baş məşqçini, komanda yoldaşlarımı, hər kəsi qələbə münasibəti ilə təbrik edirəm. Çox xoşbəxtik. Çempionlar Liqasında ilk ev oyununda qələbə qazandıq. Bu hissləri sözlə izah etmək olmur”. 

QOL.az xəbər verir ki, bu sözləri “Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda “Slaviya”nı 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib. 

O, qələbəyə baxmayaraq, Çexiya təmsilçisinin zəif olmadığını bildirib: “Slaviya” çox yaxşı rəqib idi. Onların da şansları var idi. Yüzfaizli qol epizodları oldu, lakin dəyərləndirə bilmədilər”. 

27 yaşlı futbolçu “Sabah”ın bu qələbə sayəsində ÇL-in Liqa mərhələsinə layiq olduğunu təsdiqlədiyi fikri ilə razılaşıb: “Ən yaxşısına layiqik. Gələn oyunlarda da çalışacağıq ki, əlimizdən gələni edək, qələbə qazanaq və xalqımızı sevindirək. Bu, bizim üçün stimuldur”.  

Daşdəmirov hazırda fikirlərini Misli Premyer Liqasına yönəltdiklərini vurğulayıb: “İndi bizi qarşıda “Qəbələ” ilə oyun gözləyir. Hazırda həmin matçı düşünürük. O qarşılaşmadan sonra Dortmund “Borussiya”sı ilə matça hazırlaşacağıq”.

Müdafiəçi “Sabah” Liqa mərhələsində növbəti 3 ev oyununda neçə xal toplaya bilər?” sualını belə cavablandırıb: “Biz hər üç matçda qalib gəlməyi, xal götürməyi hədəfləyirik”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
13.10.26  22:39

Bravo, “Sabah”!

topaz banner