“İnter”in baş məşqçisi Zaur Svanadze Qol.az saytına müsahibə verib. Komandanın cari mövsümdəki çıxışını dəyərləndirən gürcü mütəxəssis klubun Müşahidə Şurasının sədri Zaur Axundovun fikirlərinə də münasibət bildirib.
- “İnter” turnir cədvəlində təhlükəli mövqedə qərarlaşıb. Komandanız 8 xalla 7-ci pillədədir. Əvvəlcə bununla bağlı fikirlərinizi bilmək istərdim...
- Bəli, turnir cədvəlindəki mövqeyimiz heç də yaxşı deyil. Aşağı yerlərdə gedirik. Nə deyə bilərəm? Autsayderlər qrupundan uzaqlaşmaq üçün işləməliyik. Əlimizdən başqa heç nə gəlmir.
- Geridə qalan 9 turda cəmi 2 qələbə qazanmısınız ki, bunlardan da biri “Kəpəz”lə oyunda olub. Növbəti matçınız Gəncə klubuna qarşıdı. Komandada ab-hava necədi?
- Əhval-ruhiyyə həmişəki kimidi. Oyuna hazırlaşırıq. Bilirik ki, bizi çox ağır oyun gözləyir. Bunu hər dəfə mətbuat konfranslarında da deyirəm ki, yeni ilə qədər bizə çətin olacaq. Komandanı oyunlara kökləməyə, əvvəlki ruhu qaytarmağa çalışırıq. Baxaq görək, necə olur.
- “Kəpəz”lə oyuna yeni - “Keşlə” adıyla çıxacaqsınız. Bu haqda nə deyə bilərsiniz?
- “İnter” adı ilə yaxşı oyunlarımız olub. Çalışıb-vuruşmuşuq, hər zaman Avroliqaya vəsiqə qazanmışıq. Bacardığımız qədər eyni şeyləri “Keşlə” adı ilə də etməyə çalışacağıq.
- Futbolçular tez-tez pul məsələsini ortaya atırlar. Maaşlarınızı vaxtı-vaxtında ala bilirsiniz?
- Əlbəttə, bəzi xırda məsələlər var. Maaşlarımızı müəyyən gecikmələrlə alırıq. Amma bu, elə də ciddi problem deyil.
- Klubun Müşahidə Şurasının sədri Zaur Axundov bugünkü müsahibəsində bildirib ki, bu cür davam etsə, qışda baş məşqçi dəyişikliyi ola bilər. Bu, sizi narahat edir?
- Yox, narahat etmir. Zaur Axundov klubun rəhbəridir. Komandada qalıb-qalmayacağıma da o qərar verəcək. Bu barədə mən nəsə deyə bilmərəm. Ancaq bu da gerçəklikdir ki, komanda heyət baxımından əziyyət çəkir. Bilirsiniz ki, FİFA kluba transfer qadağası qoymuşdu, yeni futbolçular ala bilmədik. Belə heyətlə mübarizə aparmaq asan deyil. Amma yenə deyirəm, hər şeyi rəhbərlik həll edir.
- Qış fasiləsində yeni transferlər gözlənilir?
- Bəli. Ümid edirəm ki, yeni oyunçular alınacaq.
- Deyəsən bu istiqamətdə artıq ilk addımı atmısınız. Vaqif Cavadov “İnter”lə məşq edir...
- Qışa qədər bizimlə məşq edəcək. Özünü yaxşı tərəfdən göstərə bilsə, komandada qalacaq. Ancaq indidən bu haqda danışmaq, düşünürəm ki, çox tezdir.
Elnur SALAHOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı