“Sabah”ın müdafiəçisi Akim Zedadka Əlcəzair millisinə dəvət almağa namizədlər sırasındadır.
QOL.az xəbər verir ki, Əlcəzairin "La Gazette du Fennec" nəşrinin yazdığına görə, 31 yaşlı sağ cinah müdafiəçisi yığmanın məşqçilər korpusunun diqqət mərkəzindədir.
Qeyd edilib ki, Əlcəzair millisinin son toplanışında Rafik Belqalinin yoxluğunda sağ cinahda problemlər yaranıb. Onu əvəzləyən Saadi Raduani gözlənilən oyunu göstərə bilməyib. Bu səbəbdən məşqçilər korpusu həmin mövqe üçün yeni namizədləri nəzərdən keçirir.
2025-ci ilin iyulunda “Sabah”a keçən Zedadkanın UEFA Çempionlar Liqasında çıxış etməsi onun milliyə qayıtmaq şansını artırır. Futbolçu Bakı klubunun “Slaviya" Praqaki üzərində qazandığı qələbədə də iştirak edib. Zedadka indiyədək Əlcəzair millisinin üç toplanışına dəvət alıb. O, Camal Belmadinin rəhbərliyi dövründə, 2022-ci ilin iyununda İranla yoldaşlıq görüşündə yığmada yeganə oyununu keçirib.
Yazıda bildirilir ki, Əlcəzair millisinin məşqçilər korpusu noyabrda Toqo ilə keçiriləcək Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunları üçün 2-3 sağ cinah müdafiəçisi müəyyənləşdirməlidir. Lakin Zedadkanın digər namizədlərlə müqayisədə daha yaşlı olması onun əleyhinə işləyə bilər. Bununla belə, məşqçilər korpusunun futbolçuların hazırkı formasına üstünlük verməsi “Sabah”ın müdafiəçisinin şansını artırır.
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu