İsmail Kartal: "Belə nəticə qəbulolunmazdır"

İsmail Kartal: "Belə nəticə qəbulolunmazdır"
XƏBƏR 15 Oktyabr 2026 / 15:19 430
-  A +

"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda İngiltərədə “Aston Villa”ya 0:6 hesabı ilə uduzduqları oyundan danışıb. 

QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis bunu gözlənilməz məğlubiyyət adlandırıb: 

“Matça baxanda bu hesabın oyunun gedişatına uyğun olmadığını düşünürəm. Futbolun ən yüksək səviyyəsində mübarizə aparırsınızsa, bu qədər sadə ötürmə səhvlərinə yol verməməlisiniz. Belə səhvlər edəndə rəqib sizi tez cəzalandırır. Bu matçda da belə oldu.

"Aston Villa" ilə oyundan çox vacib dərslər çıxardıq. Hamımız üçün böyük dərs oldu. "Fənərbaxça" adına belə nəticə və hesab qəbulolunmazdır".


Qarabağ FK
Son xəbərlər
topaz banner