Lautaro Martines zədələndi

Lautaro Martines zədələndi
XƏBƏR 15 Oktyabr 2026 / 16:25 228
-  A +

“İnter”in hücumçusu Lautaro Martines UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Brügge” ilə oyunda zədələnib.

QOL.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.

Tibbi müayinələr nəticəsində argentinalı futbolçunun sol budunun arxa əzələlərində dartılma aşkarlanıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələlik məlum deyil.

Qeyd edək ki, “İnter” “Brügge”yə 3:4 hesabı ilə məğlub olub. Martines qarşılaşmada 2 qol vurub və oyunu sona qədər meydanda keçirib.


Qarabağ FK
Son xəbərlər
topaz banner