Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
“Qəbələ”dən püşkə münasibət

Yazarlar
 Moskva küçələrindən qeydlər
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
Qazaxıstan - Azərbaycan - Şəkillər
Top 5
Rusiyadan ardıcıl ikinci qələbə, Kolumbiya və Polşa uduzdu
İsveç, Belçika və İngiltərədən qələbə
"Qarabağ"ın rəqibi müəyyənləşdi
“Qarabağ” Billiata bu qədər pul təklif edir
“Qarabağ”ın 2-ci mərhələdəki potensial rəqibləri bilindi
Linklər
525ci Qəzet

Biz niyə öz futbolumuzu sevmirik?
A A A

[21.02.2018]
Biz niyə öz futbolumuzu sevmirik?

Televiziyada Avropa ölkələrinin çempionatlarını izləyəndə futbolçuların göstərdiyi oyun insana nə qədər xoş gəlirsə,  stadiondakı atmosfer, azarkeş izdihamı da bir o qədər zövqümüzü oxşayır. İnsanın beynindən belə bir fikir keçir - Görəsən, biz niyə öz futbolumuzu bu qədər sevmirik? Bəlkə, futbolumuzun Avropa səviyyəsindən çox geri qaldığı üçün belədir? Səbəblər içərisində bu amil də var, ancaq, məsələnin kökündə dayanmır. Belə olsaydı, Premyer Liqamızın oyunlarına 30-40 min olmasa da, 5-10 min azarkeş  gələrdi.

Hazırda ölkənin ən sevilən klublarından olan “Qarabağ”ın ötən həftə “Səbail”lə keçirilən oyununda 500 azarkeş olub. Yağış bəhanə ola bilməz. Çünki hava şəraitindən asılı olmayaraq, digər görüşlərdə də azarkeş sayı bu oyundakından çox da fərqlənmir. “Səbail”i başa düşdük, yeni yaranan klubdur. Premyer Liqada debüt edir. Bu komandadan azrkeş gözləməyə də dəyməz. Bəs, “Qarabağ”ın oyununa niyə maraq azdı? Axı “Qarabağ” kifayət qədər baxımlı futbol sərgiləyir. Əslində “Səbail” – “Qarabağ” oyununda hər iki komanda sürətli, azarkeşlərə zövq verəcək futbol nümayiş etdirdi.

"Millimiz oynayanda stadion dolmursa, deməli, Azərbaycan futbol ölkəsi deyil"

Bəhs etdiyimiz problemlə bağlı “Qarabağ”ın ən böyük azarkeş qruplarından olan “İmarət Tayfa”nın idarə heyətinin üzvü Elnur Quliyevlə danışdıq. O,  çempionat oyunlarındakı azarkeş azlığını bir çox məqamlarla əlaqələndirdi:

“Bölgələrin futbolsuz qalması birbaşa azarkeş probleminə gətirib çıxarır. Vaxtilə Premyer Liqamızda “Xəzər Lənkəran”, “Turan”, “Şəmkir” kimi komandalarımız var idi. Onların çoxsaylı azarkeşi çempionatımıza rəng qatırdı.

Lənkəranlı “Xəzər Lənkəran”la, tovuzlu “Turan”la, qarabağlı “Qarabağ”la fəxr edir. Bu komandalar meydanda olanda təbii ki, azarkeşlər stadionu dolduracaq.

Biz ev oyunlarımızı Ağdamda keçirəndə həmişə tribunlar dolu olurdu. Hətta oturacaqlar olmasa belə, azarkeşlər  gəlib, ayaqüstə komandanı dəstəkləyirdi. İnid bütün komandalar Bakıya toplaşıb. Regionlarda futbola daha çox maraq var.

Bəzən azarkeşlərin polislə problemi olur. Görürsən ki, polis yaxşı təlimatlandırılmayıb. Bəzən elə şeylərə qadağa qoyurlar ki, fikirləşirsən ki, düşüncəsi olan insan bunu etməməlidir. Hərdən Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun şəklini, yaxud da hansısa normal bir şüarı stadiona keçirməyə qoymurlar. Bu kimi məsələlər də azarkeşi futboldan küsdürür.

Bütün dövrlərdə oyun alqı-satqısı ilə bağlı söz-söhbətlər olur. Bəzən doğru, bəzən yalan. Bu da azarkeşləri stadionlardan uzaq salan amillərdəndir. Futbola çirkinlik gətirən müxtəlif söhbətlər də azarkeş sayına təsir edir.

Sadaladığım amillər kompleks şəklində azarkeşlərə təsir edir. Bu, “Qarabağ”ın, “Neftçi”nin, yaxud da “Qəbələ”nin problemi deyil.

Əslində reallıq budur ki, Azərbaycan futbol ölkəsi deyil. Mili komandamız oynayanda stadion dolmursa, deməli, Azərbaycan futbol ölkəsi deyil.


Elnur Quliyev

Bir məqamı da qeyd edim. 10-15 il bundan əvvəl milli komandamız zəif oynasa da, azarkeşlər tribunaları doldururdu. Texnalogiyanın inkişafı da azarkeş sayın azaldıb. Əvvəl teatra, kinoya da çox adam gedirdi. İndi bu kimi yerlərə, eləcə də stadiona getmək əvəzinə internetdən yararlanırlar. Həm də müxtəlif əyləncəli sosial şəbəkələr insanları stadiondan uzaqlaşdırır. Bütün bunlar Azərbaycandadır. Avropa ölkələrində azarkeşlərin futbola sevgisi dəyişməz qalır.  

“Qarabağ”ın hər oyunda qalib gəlməsi azarkeşə maraqsız gəlir"

E.Quliyev "Qarabağ"ın avrokuboklardakı matçları zamanı azarkeşlərin stadionu doldurmasına, ancaq ölkə çempionatının oyunlarına gəlməməsini bu cür izah edir:

“Azərbaycan çempionatında son illər rəqabət azalıb. Son vaxtlar “Qarabağ”a heç bir rəqib qalib gələ bilmir. Azarkeş maraqlı çempionat izləmək istəyir. “Qarabağ” hər oyunda udursa, bu, istər-istəməz azarkeşə maraqsız gəlir. Prinsipial rəqiblər yoxdur. Buna görə şəxsən mən də stadiona getməyə can atmıram. Bilirəm ki, “Qarabağ” qalib gələcək.

Bir dostum var, oyunlara gəlmir, futbolla heç maraqlanmır da. Amma həmin adam "Qarabağ"ın Çempionlar Liqasındakı oyununa gəlmək, stadionda olmaq istəyir. "Qarabağ"ı alqışlamaq lazımdır ki, hətta futbolla maraqlanmayan Azərbaycan vətəndaşında bu oyuna marağını artırıb. Çünki bu insan heç vaxt oyuna gəlmirdi, futboldan zəhləsi gedirdi. Amma "Qarabağ"ın Çempionlar Liqasındakı  bütün oyunlarında iştirak edir. Deməli, "Qarabağ" bu insanlara futbolu sevdirib. Həmin insanlar ölkə çempionatında oyuna gəlmirlərsə, bu nə "Qarabağ" rəhbərliyinin, nə də azarkeşlərin günahıdır. Bu o deməkdir, çempionatımızda rəqabət yoxdur və maraqsızdır. Ancaq 60 min adam stadiona yığılırsa, deməli "Qarabağ" Azərbaycanda futbola maraq oyadır.

Biz həmişə özümüzü yanlış olaraq Avropanın futbol ölkələri ilə müqayisdə edirik. Gəlin, onların futbola yanaşmasına baxaq. Oyunların yayım hüququndan tutmuş digər məsələlərə qədər. Təbii ki, bizdə də futbola bu cür yanaşılsa, stadionlarımız azarkeşlərlə dolar".

Premyer Liqamızın son turunda keçirilən "Kəpəz" - "Keşlə" oyunu da meydan sahibləri üçün azarkeş baxımından antirekordla yadda qaldı. Adətən 5-10 min fanatın dəstəyi ilə oynayan "Kəpəz"i bu dəfə cəmi 1500 azarkeş dəstəklədi. Peşəkar Futbol Liqasının hər oyundan sonra hazırlanan protokolunda bu mövsüm "Kəpəz"i  8000, 13300, 9300, 8500, 9500 azarkeşin dəstəklədiyi qeyd olunub.

Göründüyü kimi, Gəncə klubunun da azarkeşləri azalır. Təbii ki, komandanın ardıcıl 6 oyundur uduzması azarkeşləri stadiondan uzaqlaşdıran əsas amildir.

Azərbaycanın ən köklü klubu olan "Neftçi"də də azarkeş sarıdan vəziyyət ürəkaçan deyil. Artıq xeyli müddətdir ki, bir vaxtlar "xalq komandası" adlanan "ağ-qaralar"ın ev oyunları zamanı tribunalarda orta hesabla 500-1000 nəfər azarkeş yer alır. Klubun əsas fan-klublarının fəaliyyəti əvvəlki illərə nisbətən xeyli zəifləyib.

"Neftçi" azarkeşlərinin tribunlardan uzaqlaşmasının səbəbini klubun ən böyük fan-klublarından olan "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyevdən soruşduq. O, kluba hər zaman sadiq olduqlarını, ancaq uğursuz nəticələrin azarkeşləri də küsdürdüyünü bildirdi:

 “Neftçi”nin uğursuz çıxışı azarkeşlərinə çox pis təsir edir. Biz hər zaman “Neftçi”nin yanında olmuşuq. Düşünmüşük ki, “Neftçi” bizimlə birgə irəli gedə bilər Ancaq bu gün görürük ki, “Neftçi”ni fikirləşən elə təkcə azarkeşlərdir. Klubun özündə bunu fikirləşənlər çox azdır. “Neftçi”nin bu vəziyyətdə olmağı bizi heç cür razı salmır. “Neftçi”də ikincilik heç vaxt uğur sayılmazdı. Ancaq son 4-5 ildə bizi elə öyrəşdiriblər ki, 2-3 qələbədən sonra klubu çempion olmuş kimi görürük. İstəmirik ki, kimsə çətinlikdən danışsın. Bu gün “Zirə” və “Sumqayıt” “Neftçi”dən az büdcə ilə futbol oynamağı bacardıqlarını göstərir. 4-5 ildə danışılanlardan doymuşuq.

Bu gün bilmirik klubda azarkeşlərlə əlaqələndirici şəxs kimdir. Deyəsən, klubda köklü dəyişiklik olacaq, təmizlənmə işləri aparılacaq.

Son illərdə əhalinin başı daha çox öz işlərinə qarışıb. Futbol adətən saat 18:00 və ya 19:00-da başlayır. Bu vaxt çox adam hələ işdə olur. Bizim azarkeş qrupunun uşaqları da bəzən işdə olduğu üçün oyunu buraxmalı olur. Yəni oyunların başlama saatı əsas maneələrdən biridir.


Sübhan Əliyev

Həmişə “Neftçi”yə demişik ki, klubun öz mühafizəçiləri olsun. Polis bizim işimizə çox müdaxilə edir. Onsuz da stadiona girəndə yoxlanışdan keçirik. Azarkeş komandasını dəstəkləməkdən başqa heç nə eliyən deyil. Avropda bütün klublarda klubun öz mühafizəçiləri azarkeşlərlə məşğul olur.
Azarkeş qrupu olaraq 400-500 nəfər üzvümüzdən ən azı 90 faizi ev oyunlarında olur. Ancaq səfərlərə qrupumuzun 30 faizi gedir. 10-15 manatdan pul yığırıq, imkanı olanlar gedir. Biz azad azarkeş qrupuyuq. Klubdan heç bir maliyyə yardımı güdmürük. Bəzi klublardan azarkeşlərə dəstək olurlar. Ancaq biz hər şeyi özümüz etmək istəyirik.

“Xəzər Lənkəran” dağılandan sonra “Neftçi” azarkeşi də azaldı"

"Xəzər Lənkəran"ın dağılması da çempionata marağı xeyli azaltdı.  Bu komanda ilə oyuna tam başqa cür hazırlaşırdıq. Mövsümün elə oyunları olub ki, çempionluğu istəməmişik, demişik ki, təki “Xəzər Lənkəran”ı səfərdə udun. Yəni bu qədər prinsipial oyun olurdu. “Xəzər Lənkəran” dağılandan sonra “Neftçi” azarkeşi də azaldı. Gəncədə “Xəzər Lənkəran”la keçirilən qızıl oyuna 50 avtobusla getmişdik. Lənkəradakı “böyük oyun”a isə 4 avtobusla getdiyimiz vaxtlar olub. Bəzi oyunlarda isə polislər bizi stadiona buraxmayıb.

Sonda bildirək ki, Premyer Liqamızın ötən həftə keçirilən bütün oyunlarını tribunadan cəmi 4350 azarkeş izləyib. Bu, acınacaqlı rəqəm bütün klublarımızın azarkeş qıtlığından  əziyyət çəkdiyini göstərir. Bunun da başlıca səbəbi Premyer Liqada rəqabətin olmaması və bölgə klublarının sayının getdikcə azalmasıdır.

Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.

Ramiq AĞAMƏMMƏDOV 


2257 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
28.03.2018  13:00 “Qurban Qurbanova təkcə Böyükağa Hacıyev söz atmaqdan çəkinmirdi”
23.03.2018  12:15 “Dedim, Böyükağa müəllim, Mourinyo deyilsiniz ki, İtaliyada sizi tanısınlar”
16.03.2018  14:44 Avrokubokların yeni formatı çempionumuza necə təsir edəcək?
08.03.2018  15:10 “Azərbaycanda hələ də futbolçu qızlara qəribə baxırlar”
02.03.2018  13:32 “Qarabağ”ın xanım fanatları: "Kişilərdən daha yaxşı azarkeşlərik”
14.02.2018  13:40 “Transfer işləri ən bərbad vəziyyətdə olan klubumuz “Neftçi”dir”
06.02.2018  18:18 Millətlər Liqasındakı rəqiblərimiz – ikisi tanış, biri yeni
26.12.2017  18:28 Dövlət Proqramı futbolumuza nə verdi?
19.12.2017  12:57 “Getdikcə Banişevskini də yaddan çıxaracağıq...”
13.12.2017  14:16 "Avropada uşaq 5 yaşında qaçmağı bilirsə, biz 10 yaşında necə yeriməyi öyrədirik"
05.12.2017  15:15 Divizionla Premyer Liqa arasındakı uçurum
28.11.2017  12:09 Biz niyə qol vura bilmirik?
20.11.2017  13:32 Bu çempionat hara gedir?
12.11.2017  10:05 Hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıq?
07.11.2017  18:23 Bombardirin millimizə qayıdışı
31.10.2017  12:32 “Gürcülər uduzduqlarına inanmırdılar” – millimizin ilk qələbəsi
21.10.2017  14:15 “Futbol+”də münasibətlər dəyərlər üzərində qurulub” – Mahir Rüstəmli
02.10.2017  13:25 “Azərbaycanda 10 ildən sonra da futbol olmayacaq”
24.09.2017  14:21 “Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
 
 
  20.06.18
15:15
  Portuqaliya – Mərakeş: start heyətlər
15:05
  "Uypeşt” güclü rəqibdir" - Roberto Bordin
14:38
  “Qəbələ”dən püşkə münasibət
14:15
  Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi
13:51
  İslandiyalı azarkeşlər “Kalinka” oxudular - Video
13:25
  DÇ-2018-də azarkeşlər tribunada zibili təmizlədilər – Video
13:16
  "Qarabağ"ın oyununun vaxtı dəyişdi - UEFA-dan yeni qərar
13:05
  Mundialın gözqamaşdıran azarkeşləri - Şəkillər
12:51
  “Keşlə” Maksimovla nə vaxt müqavilə bağlayacaq?
12:31
  Levandovskiyə ilk təsəllini öpüşlə verdilər - Şəkillər
12:19
  DÇ-2018-in oyunları Etopaz-da
11:48
  Vernidub rəsmən Ukrayna klubunda
11:39
  “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik” – "Olimpiya”nın baş məşqçisi
11:24
  Ən çox qolu onlar vurub - DÇ-2018-in bombardirləri
10:59
  "Arsenal" qapıçı transfer etdi
10:15
  DÇ-2018-in oyunları hansı kanallarda? - siyahı
09:51
  Dele Allinin zədəsi ciddidir?
04:41
  İlk 1/8 finalçı bu gün müəyyənləşir - DÇ-2018
02:14
  “Səudiyyə Ərəbistanı istənilən komandaya qarşı oynaya bilər”
01:50
  Yerro İranla oyundan danışdı
01:30
  “Tapşırığın öhdəsindən gəldik” - Çerçesov
01:13
  “Qarabağ” Avstriyaya yollanır
00:58
  “Bu matçlara yaxşı hazırlaşacağıq” - Aqolli
00:39
  İkinci dəfə ən yaxşı seçildi
00:23
  Rusiya millisindən tarixə düşən uğurlu start
00:11
  Dünya çempionatında qol vuran üçüncü misirli - Salah
00:00
  Rusiya - Misir - Şəkillər
  19.06.18
23:51
  Rusiyadan ardıcıl ikinci qələbə, Kolumbiya və Polşa uduzdu
22:29
  Neymar məşqi yarımçıq tərk etdi
21:50
  FİFA Nyanqı seçdi
21:30
  Polşadan uğursuz start - video
21:03
  Rusiya – Misir: start heyətlər açıqlandı
20:34
  Salah əsas heyətdə!
20:13
  Yaponiyanın qələbəsi - video
19:54
  Kolumbiya – Yaponiya matçının ən yaxşısı bəlli oldu
18:47
  Rəşad Sadıqov püşkü dəyərləndirdi
18:35
  "Olimpiya"nın prezidenti "Qarabağ"dan danışdı
18:27
  Argentina – Xorvatiya oyunu özbək hakimlərə tapşırıldı
18:18
  Polşa – Seneqal: start heyətlər
17:39
  "Qarabağ"ın rəqibini yaxından tanıyaq
16:25
  “Qarabağ”ın 2-ci mərhələdəki potensial rəqibləri bilindi
16:10
  DÇ-2018-də ilk qırmızı vərəqə
15:50
  "Qarabağ"ın oyunlarının dəqiq vaxtı açıqlandı
15:30
  Kolumbiya - Yaponiya: start heyətlər
15:08
  "Bizə ən çətin və gözlənilməz rəqib düşdü” - Qurban Qurbanov
14:50
  "Qarabağ" keçilməz rəqib deyil" - "Olimpiya"nın kapitanı
14:40
  Kaliniç Xorvatiyaya qayıtdı
14:10
  "Qarabağ"ın rəqibi müəyyənləşdi
13:40
  Portuqaliya millisinin qapıçısı Premyer Liqa klubunda
12:47
  Günün canlı oyunları -Etopaz-da
12:20
  Sabahkı oyunların hakim təyinatları - DÇ-2018
12:04
  "Ronaldonu alqışlayıram" - Ərdoğan
11:44
  "Sportinq"də yeni baş məşqçi
11:11
  DÇ-2018-in oyunları hansı kanallarda? - siyahı
10:57
  “Qarabağ” Billiata bu qədər pul təklif edir
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore