Bakı "İnter"inin hücumçusu Vüqar Nadirovun müsahibəsi
- Topaz Premyer Liqanın 35-ci turunda "Neftçi"yə məğlubiyyətin səbəbi nə oldu?
- Oyun yaxşı keçdi. Hesabda 1:0 irəlidə idik. Qələbə də qazana bilərdik. Ola bilər ki, bir az arxayınlaşma oldu, müdafiəyə çəkildik. Amma əsas odur ki, bürünc medala şansımız var. Bunun üçün son turda qalib gəlməliyik. Avropa Liqasına vəsiqə verən 4-5-ci yerləri təmin etmişik. Ancaq işimizi tam bitirməmişik və hər şeyə son turda aydınlıq gələcək.
- Yəqin ki, digər oyunların nəticələrindən xəbəriniz oldu...
- Bəli. Rəqiblərimizdən "Kəpəz" səfərdə "Zirə" ilə heç-heçə etdi, "Qəbələ" ilə evdə AZAL-a 2:0 hesabı ilə qalib gəldi. Ancaq son turda "Kəpəz"in "Qəbələ" ilə oyunu var. Bu matçda istər-istəməz ikisindən biri xal itirəcək.
- Son turda evdə "Zirə" ilə görüşürsünüz və Gəncədəki matç heç-heçə bitərsə, sizi də 1 xal da qane edəcək.
- Elədir. Ancaq çalışacağıq ki, "Zirə" ilə oyunda qalib gələk və məqsədimizə tam çataq.
- "İnter"də yarım mövsüm sənin üçün necə keçdi?
- Şükür Allaha, yaxşı keçdi. Rəhbərlik, məşqçilərin münasibəti, kollektiv yaxşıdır. Bir sözlə, hər bir şey mənim üçün yaxşı oldu. Gəlib 6 ay oynadım, istər-istəməz formamı bir az yığdım.
- Ancaq komandada tez-tez zədələr oldu, elə sənin özündə də...
- Oldu. Xəstələndim, bir az nasaz oldum. Nəticədə "Rəvan"la oyunu buraxdım. Qalan matçlarda meydanda idim.
- Tez-tez zədələnmələr nəylə bağlıdır? Elə hamı ayağını dartır.
- İki dəfə futbolçumuza kömək məqsədilə meydana təcili tibbi yardım maşını gəldi. Elə bil komandamızda bədlik vardı. Doğrudan da çox zədəlilərimiz oldu.
- Bəlkə bu, məşqləərə qeyri-ciddi yanaşmadan irəli gəlir?
- Yox-yox. Ciddi yanaşmamaq ola bilməz. Hamı məşqlərə ciddi yanaşırdı ki, problemin bununla da bağlı olması mümkündür. Zədəlilərimiz vardı. Hamı aqressiv idi, yaxşı məşq edirdik ki, oyuna yaxşı çıxaq. Ola bilər ki, bununla da bağlı olsun. Həm məşqdə, həm də oyunda ciddi oluruq. Zədələr hər zaman olur, heç kim bundan sığortalanmayıb. Heç kəs bilmir ki, sabah başına nə gələcək.
- Qarşıdan millinin Avstriyada təlim-məşq toplanışı gəlir. Bununla bağlı nə düşünürsən? Dəvət gözləyirsənmi?
- Əlbəttə. Millinin qapıları bütün futbolçuların üzünı açıqdır. Biz də dəvətimizi gözləyirik. İnşalah, millinin şərəfini canla-başla qorumağa hazırıq.
Mənbə: Sportnet.az
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
Konfrans Liqasında 1/4 final başlayır
"Qalatasaray"ın qələbəsi - Video
Avroliqada 1/4 finalın ilk oyunlarına yekun vurulur
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video