Səmədov Severinanı mükafatlandırdı

Səmədov Severinanı mükafatlandırdı
ÖLKƏ FUTBOLU 7 Oktyabr 2026 / 18:00 823
-  A +

Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Sabah” futbol klubunun üzvü Ksander Severina mükafatlandırılıb.

QOL.az xəbər verir ki, avqust ayının ən yaxşı qolunun müəllifinə mükafatı Peşəkar Futbol Liqasının inzibati binasında qurumun prezidenti Elxan Səmədov təqdim edib. Mükafatlandırmadan sonra təəssüratlarını bölüşən Severina “Ayın qolu” layihəsində qalib seçilməsindən məmnun olduğunu bildirib.

Futbolçu qazandığı pul mükafatını “Sabah Futbol Akademiyası Gələcəyin İstedadları” fonduna təqdim edəcəyini vurğulayıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner