Azərbaycan millisi FİFA reytinqində gerilədi

Azərbaycan millisi FİFA reytinqində gerilədi
XƏBƏR 7 Oktyabr 2026 / 14:54 698
-  A +

UEFA Millətlər Liqasının ilk 4 turunun oyunlarından sonra milli komandaların FİFA reytinqi yenilənib.

QOL.az xəbər verir ki, Azərbaycan yığması əvəlki sıralama ilə müqayisədə 1 pillə geriləyib.

Ayxan Abbasovun komandası hazırda 1138,96 xalla 127-cidir.

Azərbaycan millisi Millətlər Liqasında 3 oyun keçirib. Komanda Lixtenşteyn və Litva ilə heç-heçə edib. Daha sonra yığma Litvaya qalib gəlib. Həmçinin millimiz yoldaşlıq görüşündə Tacikistanı 1:0 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, FİFA reytinqinə 2011,57 xalla İspaniya liderlik edir. Argentina 1972,80 xalla 2-ci, Fransa isə 1958,86 xalla 3-cüdür.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner