“Liverpul”un futbolçusu sıradan çıxdı

“Liverpul”un futbolçusu sıradan çıxdı
DÜNYA FUTBOLU 7 Oktyabr 2026 / 20:14 298
-  A +

“Liverpul”un müdafiəçisi Jeremi Jaken Fransa millisinin düşərgəsindən əzələ zədəsi ilə ayrılıb.

QOL.az xəbər verir ki, Fransa Futbol Federasiyası 21 yaşlı futbolçunun bud əzələsindən zədə aldığını açıqlayıb. Jaken Belçikaya qarşı 4:1 hesablı qələbə ilə başa çatan oyunun iştirak ərizəsinə daxil edilməyib.

Müdafiəçi bundan əvvəl Fransanın Belçikaya 1:0 qalib gəldiyi və İtaliya ilə 1:1 hesablı heç-heçə etdiyi oyunlarda start heyətində meydana çıxıb.

Jakenin zədəsi ilə bağlı detallı məlumatlar açıqlanmayıb. Futbolçu yaxın günlərdə tibbi müayinədən keçəcək. Onun oktyabrın 11-də Premyer Liqada “Mançester Siti”yə qarşı oyunda iştirak edib-etməyəcəyi də bundan sonra dəqiqləşəcək.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner