"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama

"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
ÖLKƏ FUTBOLU 6 Oktyabr 2026 / 16:43 868
-  A +

"Qarabağ"ın zədəli futbolçusu Renaldo Sefasın durumu müəyyənləşib.

Bu barədə QOL.az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 26 yaşlı yarımüddafiəçi MRT müayinəsindən keçib. Müayinənin nəticələrində əhəmiyyətli dəyişikliklər aşkarlanmayıb.

Qeyd olunub ki, o, 3-4 gün ərzində tibbi və məşqçi heyətinin nəzarəti altında məşq edəcək.

Xatırladaq ki, Renaldo Sefas Yamayka millisinin heyətində zədələnib. O, KONKAKAF Millətlər Liqasında Hondurasla ev matçında sıradan çıxıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner