“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var

“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
DÜNYA FUTBOLU 6 Oktyabr 2026 / 22:14 238
-  A +

“Beşiktaş” Kosovo millisində zədələnən futbolçusu Milot Rashicanın durumunu açıqlayıb.

QOL.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin Türkiyəyə qayıtdıqdan sonra keçirdiyi MRT müayinəsində sağ budunun üst əzələsində gərilmə və qanama aşkarlanıb. Futbolçunun müalicəsinə başlanılıb.

Qeyd edək ki, Rashica oktyabrın 4-də Kosovo millisinin Avstriya ilə oyununda (0:1) meydana sonradan daxil olub. O, matçın 88-ci dəqiqəsində zədələnərək oyunu davam etdirə bilməyib.

Futbolçunun minimum 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner