Tuhel İngiltərə millisində rekorda imza atdı

Tuhel İngiltərə millisində rekorda imza atdı
DÜNYA FUTBOLU 7 Oktyabr 2026 / 10:40 380
-  A +

Almaniyalı mütəxəssis Tomas Tuhel İngiltərə millisinin tarixində 20 qələbəyə ən az oyunda çatan baş məşqçi olub.

QOL.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.

53 yaşlı çalışdırıcı İngiltərə yığmasında 20-ci qələbəsini 26-cı oyununda qazanıb. Tuhel 2025-ci il yanvarın 1-dən İngiltərə millisinin baş məşqçisidir.

İngiltərə yığması son görüşündə UEFA Millətlər Liqasında Çexiya ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Matçda Harri Keyn dubl edib. Çexiya millisinin müdafiəçisi Vladimir Tsoufal isə topu öz qapısına göndərib.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner