Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi

Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
ÖLKƏ FUTBOLU 6 Oktyabr 2026 / 18:17 1653
-  A +

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib.

QOL.az xəbər verir ki, Rui Jorjenin çalışdırdığı U-20 Yaponiyadan olan həmyaşıdları ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilən görüşün əsas vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında millimiz 5:4 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycanın U-20 millisi ilk yoxlama matçında Moldovaya 0:1 hesabı ilə uduzub.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner