Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin yığma karyerasnı başa vurması haqda danışıb.
QOL.az xəbə verir ki, 39 yaşlı forvardın vida matçı bu gün keçirilib. Beninlə oyun Messi üçün sonuncu olub.
Argentinalı mütəxəssis isə görüşdən sonra deyib:
“Bu, çox emosional və eyni zamanda kədərli gündür. Çünki o, artıq Argentina forması ilə oynamayacaq. Mənim üçün onu məşq etdirmək bir arzu idi. Bu gün bunu hamının qarşısında ona dedim. Düşünürəm ki, istənilən argentinalı eyni sözləri deyərdi. Mən arzumu reallaşdıra bildim. Heç vaxt həyatımda onun məşqçisi – futbol tarixinin ən böyük oyunçusunun məşqçisi olacağımı təsəvvür etməzdim. O, 20 illik karyerası boyunca ən yaxşı olub və indi də belədir”.
Baş məşqçi Messinin Argentina futboluna verdiklərinə görə ona minnətdar olduqlarını vurğulayıb: “Onunla birlikdə olmaq imkanını bizə verdiyi üçün sonsuz minnətdarıq. Oyundan əvvəl gözlərimdəki yaşın səbəblərindən biri də bu idi. Çoxlu fikirlər məni bürümüşdü. Artıq onu görməmək həqiqətən kədərli olacaq. Messi arxasında inanılmaz miras qoyur. Əlbəttə, yolumuza davam edəcəyik. Argentina millisi inkişafını davam etdirəcək, amma belə futbolçular bir daha olmayacaq”.
Qeyd edək ki, Messi Argentina millisinin heyətində 208 oyunda 126 qol vurub və 70 məhsuldar ötürmə edib.
Olise də sıradan çıxdı
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu