“Barselona”da qapıçı problemi var

“Barselona”da qapıçı problemi var
DÜNYA FUTBOLU 7 Oktyabr 2026 / 19:42 429
-  A +

“Barselona”nın əsas qapıçısı Joan Qarsia “Xetafe” ilə oyunu buraxa bilər

QOL.az xəbər verir ki, Qarsia beynəlxalq fasilədən əvvəl zədələnib. Baş məşqçi Hans Diter Flik onun yoxluğunda Dominik Livakoviçə üstünlük verməyə hazırlaşır.

Qarsianın bərpa prosesində ciddi problem olmadığı bildirilir. Lakin “Diario AS”ın məlumatına görə, Flik və klubun tibbi heyəti onun dönüşünü tələsmədən həyata keçirməyi planlaşdırır.

Bu səbəbdən qapıçının təxminən 4 həftə meydandan kənarda qalacağı gözlənilir. Qarsianın bərpasında hər hansı problem yaranacağı təqdirdə belə, Flikin yanvarda yeni qapıçı transfer etməyi planlaşdırmadığı vurğulanır.

Qeyd edək ki, "Xetafe" ilə matç oktyabrın 10-da keçiriləcək.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner