Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı

Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
DÜNYA FUTBOLU 6 Oktyabr 2026 / 21:17 578
-  A +

Covanni Malaqo İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb.

QOL.az xəbər verir ki, “L’Equipe” nəşrinin məlumatına görə, İtaliya Milli Olimpiya Komitəsinin (CONI) icraiyyə komitəsi əvvəlki prezident seçkilərində prosedur pozuntusu aşkarlandığı üçün FIGC-yə nəzarət tətbiq edib.

Qeyd edək ki, Malaqo iyunun 22-də FIGC prezidenti seçilib. Lakin onun federasiyanın tələb etdiyi lisenziyaya sahib olmadığı və bu səbəbdən seçkilərdə iştirak hüququnun olmadığı bildirilib.

Nəzarət tətbiq edildikdən sonra Malaqo FIGC-də fövqəladə komissar vəzifəsinə təyin olunub. Onun əsas vəzifəsi 31 yanvar 2027-ci ilədək yeni prezident seçkilərini təşkil etməkdir. Həmçinin Malaqo yeni seçkilərdə namizədliyini irəli sürə bilər. 

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner