“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”
DÜNYA FUTBOLU 6 Oktyabr 2026 / 22:42 435
-  A +

Braziliyalı hücumçu Neymar Argentina millisində son oyununa çıxacaq Lionel Messiyə müraciət edib.

QOL.az xəbər verir ki, Neymar sosial şəbəkə hesabında argentinalı ulduza təşəkkürünü çatdırıb:

"Futbolu sevən hər kəs bu illər ərzində sənin oyunundan zövq alıb. Bu gün milli komanda formasında son oyunundur və ümid edirəm ki, hər saniyəsindən zövq alacaqsan. Ümid edirəm, bu gün sənə göstəriləcək bütün ehtiram səni xoşbəxt edər. Futbolu daha çox sevməyimə səbəb olduğun üçün təşəkkür edirəm. Səninlə rəqib kimi oynamaq mənim üçün şərəf idi, səninlə birlikdə tarix yazmaq isə daha böyük şərəf oldu".

Qeyd edək ki, Argentina millisinin Beninlə keçirəcəyi qarşılaşma Messinin milli komandanın formasında son oyunu olacaq. Oyun Buenos-Ayresdəki “Monumental Antonio Vespucio Liberti” stadionunda keçiriləcək və Bakı vaxtı ilə bu gecə saat 03:00-da başlayacaq.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner