Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər

Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
DÜNYA FUTBOLU 6 Oktyabr 2026 / 16:08 787
-  A +

“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Fernandinyo klub ətrafında yaşanan maliyyə qalmaqalı ilə bağlı açıqlama verib.

QOL.az xəbər verir ki, braziliyalı futbolçu "FullTime Report"a açıqlamasında “şəhərlilər”in Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsinə  haqqında danışarkən deyib ki, sabiq klubundakı qanunsuz hadisələrdən xəbərdar olub:

“Bu günün gələcəyini bilirdim. Onlar bunu gizlətməyə çox çalışdılar, amma heç nə əbədi olaraq günəş altında gizli qala bilməz. Bəzilərimiz baş verən qanunsuz hadisələrdən xəbərdar idik. Lakin klub rəhbərliyi bizi bunun qanuni olduğuna inandırırdı. Çünki Premyer Liqa bundan xəbərdar idi. Biz də sadəcə işimizi görüb gedirdik. İndi onların 115 ittiham üzrə təqsirli bilinmələrini eşitmək üzücüdür”– deyə Fernandinyo bildirib.

Qeyd edək ki, Fernandinyo 2013-2022-ci illərdə “Mançester Siti”nin formasını geyinib.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner