"Mançester Siti"dən xal itkisi

"Mançester Siti"dən xal itkisi
GÜNDƏM 12 Mart 2016 / 20:00 4843
-  A +

"Mançester Siti" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Manuel Pelleqrinin komandası 30-cu turda səfərdə "Norviç"lə qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.

"Norviç" - "Mançester Siti" - 0:0

Turnir cədvəlinə 60 xalla "Lester" liderlik edir. "Tottenhem" 55 xalla 2-ci, "Arsenal" 52 xalla 3-cüdür. "Mançester Siti" isə 51 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər