AFFA-nın Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirilməsi federasiyanın baş katibi Elxan Məmmədovun istəyi ilə baş tutub.
Qol.az-ın əldə etdiyi xəbərə görə, həmin komitə bundan sonra birbaşa AFFA-nın baş katibinə tabe olacaq. Bu isə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin hakimlər üzərindəki səlahiyyətlərinin ya tamamilə itirəcəyi, ya da müəyyən mənada azalacağı anlamına gəlir.
Qeyd edək ki, Hakimlər Komitəsi (HK) və Hakim-İnspektorlar Komitəsi rəsmən AFFA-nın tabeçiliyində olsa da, hakim və hakim-inspektorların Premyer Liqa və kubok oyunlarına təyinatını qeyri-rəsmi də olsa Peşəkar Futbol Liqası HK ilə birgə həyata keçirirdi. Bundan sonra isə həmin səlahiyyətlərin AFFA-nın baş katibliyinə keçəcəyi gözlənilir.
AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasının qərarı ilə birləşdirilən Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsinin yeni sədri, avstriyalı sabiq FİFA referisi Fritz Stuxlikin məhz Elxan Məmmədovun iradəsi ilə federasiyaya gətirildiyi bildirilir. Məlumdur ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev indiyədək dəfələrlə həm bu ideyaya, həm də milli çempionatın oyunlarına əcnəbi hakimlərin təyinatına qarşı olub.
Fritz Stuxlik 1994-2009-cu illərdə FİFA referisi kimi fəaliyyət göstərib. O, əfsanəvi Rayan Giggzə qırmızı vərəqə göstərən yeganə referi kimi də tanınıb.
Qeyd edək ki, Stuxlik Avstriya Futbol Federasiyasında hakimlərin hazırlığına və təyinatına cavabdeh şəxs olub. Yerli mətbuat onun fəaliyyətini tez-tez tənqid edərək yazıb ki, Stuxlikin 10 illik dövründə o, Avstriya futbol üçün yaxşı hakim hazırlaya bilməyib. “Onun vaxtında bizim hakimliyin səviyyəsi enişə gedib” – deyə hakimlərdən biri bildirib. Stuxlikin işə münasibətdə sərt biri olduğu da iddia olunur.
Onun Azərbaycan futboluna necə təsir edəcəyini, hakimlərlə bağlı narazılığın qarşısını alıb-ala bilməyəcəyini isə zaman göstərəcək.
Fritz Stuxlik kimdir?
Təvəllüdü: 11 fevral 1966-cı il
Anadan olduğu yer: Vyana (Avstriya)
Hakimlik karyerasına 1982-ci ildə başlayıb.
1992-ci ilin iyulundan 2009-cu ilin dekabrına qədər Avstriya Bundesliqasının hakimi olub.
1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FIFA referisi olaraq fəaliyyət göstərib.
Avstriya çempionatının yüksək divizionunda 267, beynəlxalq arenada isə 89 oyun idarə edib.
Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub.
2010-cu ildən FIFA/UEFA hakim-inspektorudur.
UEFA Konvensiya meneceri, FIFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısıdır.
O, həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb. Bu ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb.
“Qarabağ”ın çəkisi çox ağırdır" - Qurban Qurbanov
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
Milliyə yeni baş məşqçi təyin olundu
Yenidən Bundesliqaya qayıda bilər
"İnter"in yeni formaları - Şəkillər
Premyer Liqa klublarının hədəfinə düşdü
Baş məşqçi hakimdən narazı qaldı
Muaddib “Qarabağ”da məşqlərə başladı - Şəkillər
55 yaşlı futbolçu yenidən yaşıl meydanlarda - Video
Klub baş məşqçiyə görə təzminat tələb edə bilər
"Real"ın yeni kapitanı bəlli oldu
Haaland "Barselona"ya keçir?
"Beşiktaş"dan 10 milyonluq təklif
Premyer Liqadan düşsə, futbolçularını göndərəcək
DÇ-2026: Portuqaliya heyətində kimlər var?
"Bu, iki ən çətin çempionluqdan biri idi" - Rövşən Hüseynli
Futbolçulara gedəcəyini açıqlayıb
Avstriya millisinin DÇ-2026 üçün yekun heyəti
Milliyə çağırılmadı, "Çelsi"də mövsümün ən yaxşısı seçildi
"Atletiko" bu formalarla oynayacaq - Şəkillər
FİFA referiləri 1-ci liqa oyununda
Nənəsi Sakanın oyununa baxmaq üçün “Emireyts”də - Video
"Mançester Yunayted" 40 yaşlı qapıçını saxladı
“Şəfa”nın ilk mövsümdə məqsədi Premyer Liqada qalmaq olacaq”
"Liverpul"un yeni formaları - Şəkillər
"İnter"ə qayıdır
“Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
Arteta ÇL finalı üçün azarkeşlərə müraciət etdi
Fransa çempionatında mövsümün rəmzi komandası məlum oldu
Konte "Napoli" ilə müqaviləsini ləğv etməyə yaxındır
İnzaqi "Əl-Hilal"dan gedir