"Yekun hamımız üçün üzücüdür” - Alesio

"Yekun hamımız üçün üzücüdür” -  Alesio
GÜNDƏM 7 Oktyabr 2018 / 00:40 8771
-  A +

"Bu gün daha yaxşı oynadıq. Heyətlə bağlı problemlərimiz var idi. Üç futzalçımız cəzalı, biri isə zədəli olduğuna görə bizə kömək edə bilmədi".
 
Qo.az-ın məlumatıına görə, bu sözləri "Araz"ın baş məşqçisi Joze Alesio UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununda Slovakiyanın “Luçenec” klubuna uduzduqları görüşdən sonra deyib.

Braziliyalı mütəxəssis 2:5 uduzaraq turnirlə vidalaşdıqları görüşü belə şərh edib:"Meydana buraxdığım oyunçuların əksəriyyəti arxada qalan 2 qarşılaşmanı əsasən ehtiyatda keçirmişdilər. Oyunun əvvəlində həyəcanlı olsalar da, bunu tez dəf etdilər. Birinci hissədə daha yaxşı çıxış etdik. Heyətlə bağlı problem ikinci hissədə özünü göstərdi. Oyunu cəmi 6 futzalçı ilə keçirməyimiz yorğunluğa səbəb oldu.

Turnirə gəldikdə, indi kiçik klub anlayışı qalmayıb. İlk gündən qrupun favoritinin “Vytis” olduğunu demişdim. Nəticələr fikrimdə yanılmadığımı göstərdi. Qrup mərhələsini 3 xal qazanmadan başa vurmağımız yaxşı hal deyil. Ancaq hər üç oyunda qələbə qazanmağa yaxın idik. Problemimiz qol epizodlarından düzgün istifadə edə bilməməyimizlə bağlıdır. Uşaqlar mübarizə apardılar. Yekun hamımız üçün üzücüdür”.(affa.az)

Daha çox


Son xəbərlər