"Qarşımıza avrokuboklara düşmək vəzifəsi qoyulmayıb"

"Qarşımıza avrokuboklara düşmək vəzifəsi qoyulmayıb"
GÜNDƏM 16 Sentyabr 2018 / 00:20 5327
-  A +

“Maraqlı oyun alındı. Hər iki komanda mübarizə apardı. Bu cür oyunların sayı artdıqca, çempionatımızın səviyyəsi də artır. Komandamdan razı qaldım. Müdafiədə az səhvə yol verdik. Futbolçularımızı təbrik edirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqanın IV turunda evdə "Zirə" ilə 1:1 hesablı heç-heçədən sonra keçirdiyi mətbuat konfransında deyib.

Qarşıya qoyulan hədəfdən danışan gənc məşqçi gənc komanda olduqlarını xatırladıb: “Qarşımıza avrokuboklara düşmək vəzifəsi qoyulmayıb. Yeni komandayıq. Futbolçuların üzərinə belə bir təzyiq qoymaq istəmirik. Əlbəttə, biz də avrokubok zonasına düşməyi istəyərdik. Lakin "Zirə” də yaxşı komandadı və qitəmiqyaslı yarışlara çıxmaq istəyir".

Daha çox


Son xəbərlər